• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

Lerikdə meşədəki ağaclar kəsilib təşkilatlara satılır? - Şikayət - FOTOLAR/VİDEO

Lerikdə meşədəki ağaclar kəsilib təşkilatlara satılır? - Şikayət - FOTOLAR/VİDEO
11.10.2023 15:18
Astaranın Əzərüd sakinləri yanacaq təminatı olan odunları Lənkəran Regional Meşə İdarəsi tərəfindən qonşu rayonlara satdığını iddia edir.  Bu barədə Əzərüd sakinlərinin anews-a göndərdiyi şikayətdə qeyd olunub.

Sakinlər iddia edir ki, Lənkəran Regional meşə idarəsi 4 ildir yanacaq odunları gizli yollarla çıxararaq, sərhədçilərə vermək bəhanəsi ilə Lənkərana, Astaraya, Masallıya, Cəlilabada müxtəlif təşkilatlara və adamlara satır.  

"Bizim yaşadığımız əraziyə qaz xətti çəkilmədiyi üçün evlərimizi ancaq yanacaq odunla qızdırırıq. Lakin Lənkəran meşə idarəsinin işçiləri ərazimizə yaxın olan Lerik ərazisində yerləşən Asxanakəran meşəçiliyindən yanacaq odunun 4 ildir ki, gizli yollarla çıxararaq, sərhədçilərə vermək bəhanəsi ilə Lənkərana, Astaraya, Masallıya, Cəlilabada müxtəlif təşkilatlara və adamlara satır. Kənd əhalisi 4 ildir ki, bu biabırçılığın şahididir”, - şikayətdə bildirilib.
 
Şikayətçilər vurğulayıb ki, ərazidə kəsilməsi qadağan olunan fıstıq ağacları və cavan ağaclar kəsilir. 
 
Məsələ ilə bağlı Asxanakəran meşəsinin meşəbəyi İbrahim İbrahimov məsələ ilə bağlı anews.az-a açıqlama verərək bildirib ki, meşədə kəsilən ağaclar istifadəyə yararsız və içi boş ağaclardır. 
 
"Komissiya təşkil edilib həmin əraziyə göndərilsin. Baxış keçirilsin görək biz haqlıyıq yoxsa onlar haqlıdır.  Həmin ağaclar qırıntı sahəsi üçün ayrılıb. Biz də həmin ağacları doğrayıb təhsil idarəsinə,məktəblərə, bağçalara göndəririk. Həmin əraziyə maşın girmir. Biz həmin odunları traktor vasitəsilə ərazidən çıxarırıq. Adi vətəndaşların odun təminatı üçün havanın açılmasını gözləmək lazımdır. Onlar 1 saylı regional meşə təsərrüfatı mərkəzindən bilet almaqla odun təminatını təmin edə bilərlər", - İbrahimov açıqlamasında bildirib. 
 
Azərbaycanda meşə sahələrində və meşə fonduna daxil olmayan sahələrdə ağacların, kolların və digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi), zədələnməsi və ya məhv edilməsinə görə cərimə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. 
 
Aygün Mirakif 
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 10:13
"Ali təhsil haqqında" qanun hazırda müzakirə predmeti deyil - Nazir
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq -  nazir
Cəmiyyət 15:41
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq - nazir
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Cəmiyyət 15:17
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol