Ukraynada bir milyondan çox uşaq uzaqdan təhsil almağa məcburdur - UNESCO

Ukraynada 1 milyondan çox uşaq uzaqdan təhsil almağa məcburdur. Bu barədə UNESCO-nun açıqladığı son məlumatda qeyd olunub.
"Bir çox ukraynalı tələbə dərs ilinə başlaya bilməyib. Onların 25 faizi distant, 30 faizi isə hibrid formatda təhsil alır. Bu vəziyyət müharibə şəraitində hər kəsin keyfiyyətli təhsilə bərabər çıxışını təmin etmək üçün təkmilləşdirilmiş rəqəmsal həllər tələb edir”, - Ukrayna Təhsil və Elm Nazirinin müavini Dmitri Zavqorodniy bildirib.
2022-ci ilin fevralından YUNESKO, uşaqların müharibə şəraitində təhsillərini davam etdirmələri üçün ukraynalı müəllimlərə davamlı olaraq dəstək verdiyini açıqlayıb.
"Keçən il YUNESKO və tərəfdaşlar 50 min müəllimi kompüterlə təmin ediblər. YUNESKO indi rəqəmsal bacarıqları daha da inkişaf etdirmək və onlara keyfiyyətli məsafədən və hibrid təhsili çatdırmaqda kömək etmək üçün müəllimləri onlayn təlim və resurslarla təmin edir. Ukraynada davam edən hərbi əməliyyatlar təhsil sisteminə böyük təsir göstərir. Bir çox məktəb müəllimləri köçürülüb, lakin uzaqdan və ya hibrid şəraitdə tədrisi davam etdirmək üçün lazımi alətlər və təlimlərə malik deyillər", - məlumatda deyilir.
Rusiya 2022-ci ilin fevralından Ukraynada hərbi əməliyyatlar keçirməsi barəsində qərar qəbul edib. Müharibə başlayandan Ukraynada bir çox məktəblər dağıdılıb. Minlərlə insan başqa ölkələrə qaçqın kimi üz tutub. Müharibə nəticəsində yüzlərlə uşaq ölüb. Hazırda Rusiya ilə Ukraynada arasındakı münqaişə davam edir.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər