Azərbaycan BMT-ni Qarabağda ələ keçirilən hərbi vasitələrin sənədləşdirilməsinə dəvət edib
Antiterror tədbirləri nəticəsində zərərsizləşdirilən və ya ələ keçirilən silahların mürəkkəbliyi və təşkilatlandırılması Ermənistanın Qarabağdakı hərbi personalını yerli milislər və ya silahlı mülki şəxslər kimi təsvir etmək cəhdlərini ifşa edib.
Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın Azərbaycana qarşı müraciəti üzrə dinləmələrdə çıxış edərkən bildirib.
"Azərbaycan BMT-ni bu hərbi vasitələrin sənədləşdirilməsinə, tərksilah prosesinə yardım etməyə və Ermənistanın qanunsuz fəaliyyətlərini bütün dünya üçün sənədləşdirməyə dəvət edib".
www.anews.az