• $
  • £

Bu ilin sonuna olan orta illik inflyasiya proqnozu açıqlanıb

Bu ilin sonuna olan orta illik inflyasiya proqnozu açıqlanıb
13.10.2023 10:16
2023-cü ilin sonuna orta illik inflyasiyanın birrəqəmli səviyyədə - 9,5 % olacağını proqnozlaşdırır.  Bu barədə Nazirlər Kabinetinin "İnflyasiya və Qiymət Monitorinqi” üzrə İşçi Qrupunun növbəti iclasında bildirilib.
 
Məlumata görə, İqtisadiyyat Nazirliyi antiinflyasiya tədbirlərini nəzərə alaraq, ölkə Prezidentinin Hökumət qarşısında qoyduğu başlıca tapşırıqlardan biri ilin sonuna qədər inflyasiyanın birrəqəmli səviyyəsinə nail olunmasıdır. İnflyasiya və qiymət monitorinqi üzrə yaradılmış İşçi qrupun məqsədi də qiymətlərə artırıcı təsir göstərən bütün səbəbləri araşdırıb, onun aradan qaldırılması istiqamətində zəruri işləri görməkdir. Bu baxımdan inflyasiyanın makroiqtisadi və maliyyə sabitliyi üçün xələl gətirməyən həddə qorunması məqsədilə zəruri tədbirlərin görülməsi davam etdiriləcək.
 
Sentyabrda istehlak qiymətləri indeksi ötən ayla müqayisədə 100,3 %, ötən ilin eyni dövrünə nisbətən 105,1 % təşkil edib.

Bu ilin sentyabrında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi isə avqustla müqayisədə 100,1 %, ötən ilin eyni dövrünə nisbətən 105,9 % olub. Qeyri-ərzaq məhsullarından artım əsasən sementin, kəsilmiş taxtaların, azalma isə sintetik yuyuсu vasitələrin və yazı kağızlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ötən ay əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi isə əvvəlki ayla müqayisədə 100 %, ötən ilin eyni dövrünə nisbətən 105,4 % təşkil edib.
 
Cari ilin doqquz ayında orta illik inflyasiya 10,9 % olub. Bu dövrdə illik inflyasiya isə 5,1 % təşkil edib.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol