• $
  • £

Azərbaycanın ehtiyat fondlarından 9 ayda 365 milyon manat ayrılıb

Azərbaycanın ehtiyat fondlarından 9 ayda 365 milyon manat ayrılıb
14.10.2023 09:32
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsində ehtiyat fondlar üçün nəzərdə tutulmuş vəsaitdən müvafiq sərəncamlar əsasında 365,3 milyon manat (269,4 milyon manatı Prezidentin ehtiyat fondundan, 95,9 milyon manatı isə dövlət büdcəsinin ehtiyat fondundan) ayrılıb.

Bu barədə Maliyyə Nazirliyi xəbər verir.

Məlumata görə, ayrılmış vəsaitin 205,7 milyon manatı maliyyələşdirilib.
Hesabat dövründə dövlət başçısının ehtiyat fondundan ayrılmış vəsait ölkə ərazisində bir sıra avtomobil yollarının tikintisi, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə və həyatını itirmiş şəxslərin ailə üzvlərinə müalicə və psixoloji dəstək xərcləri, İkinci dünya müharibəsində iştirakla bağlı birdəfəlik maliyyə yardımları, habelə beynəlxalq və ölkə səviyyəli tədbirlərin təşkili məqsədi ilə istifadə olunub.

Dövlət büdcəsinin ehtiyat fondundan Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı yardımların daşınması və xilasetmə əməliyyatlarında iştirak xərcləri, "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair Dövlət Proqramının icrasına nəzarət və hesabatlılıq Portalı"nın formalaşdırılması, Bakı və Gəncə şəhərlərində "Təhlükəsiz şəhər” sisteminin əhatə dairəsinin genişləndirilməsi, videonəzarət vasitələri olmayan ərazilərin kameralaşdırılmasının sürətləndirilməsi, süni intellekt əsaslı videoanalitika sistemlərinin yaradılması və bir sıra digər istiqamətlər üzrə xərclərin maliyyələşdirilməsi həyata keçirilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol