Ermənistan prezidenti “Roma statutunu” təsdiqləyib
Ermənistan prezidenti Vaaqn Xaçatryan Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu təsdiqləyib.
Bu barədə dövlət başçısının Mətbuat xidməti məlumat yayıb.
Bununla da sənəd qüvvəyə minib.
Oktyabrın 3-də Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma statutunu ratifikasiya edib. Rəsmi Moskva bu addımı düşmənlik əlaməti kimi qiymətləndirib.
www.anews.az
Son xəbərlər
Daha çox