• $
  • £

Dövlət borcuna xidmət edilməsinə bu il 714 milyon manata yaxın vəsait xərclənilib

Dövlət borcuna xidmət edilməsinə bu il 714 milyon manata yaxın vəsait xərclənilib
14.10.2023 14:01
Bu ilin 01 oktyabr tarixinə xarici dövlət borcu manat ifadəsində 11109,5 milyon manat (6535,0 milyon ABŞ dolları ekvivalenti) təşkil edib və cari il üzrə proqnozlaşdırılan ÜDM-in 9,3 faizi həcmində olub.

Maliyyə Nazirliyindən  verilən məlumata görə, hesabat dövrünə daxili dövlət borcu 6093,8 milyon manat təşkil etmiş və cari il üzrə proqnozlaşdırılan ÜDM-in 5,1 faizi həcmində olub. Daxili dövlət borcunun əsas hissəsi dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi və dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi məqsədilə buraxılmış dövlət istiqrazlarından ibarətdir.

Hesabat dövrünə dövriyyədə olan dövlət qiymətli kağızlarının 25,4 faizi 1 illik, 57,9 faizi 2 və 3 illik,16,6 faizi isə 5 və 7 illik dövlət qiymətli kağızlarının payına düşür.

2023-cü il 01 oktyabr tarixinə Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləği 17203,3 milyon manat və ya 2023-cü il üzrə proqnozlaşdırılan ÜDM-in 14,4 faizini təşkil edib.

2023-cü ilin yanvar-sentyabr aylarında dövlət borcuna xidmət edilməsi ilə bağlı xərclər 713,7 milyon manat təşkil edib. Sözügedən xərclərin 591,9 milyon manat həcmində hissəsi xarici dövlət borcuna xidmət xərclərinin, 121,8 milyon manatı isə daxili dövlət borcuna xidmət xərclərinin payına düşür.

Bununla yanaşı, 2023-cü ilin 9 aylıq dövrü ərzində xarici dövlət borcu üzrə əsas borc ödənişlərinin 432,6 milyon manatı, daxili dövlət borcu üzrə vaxtı çatan əsas borc ödənişlərinin 557,3 milyon manatı, ümumilikdə 989,9 milyon manat məbləğində vəsait daxili maliyyə bazarında yerləşdirilmiş dövlət istiqrazları hesabına yenidən maliyyələşdirilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol