• $
  • £

Polşada parlament seçkiləri keçirilir

Polşada parlament seçkiləri keçirilir
15.10.2023 10:01
Bu gün Polşada parlament seçkiləri keçirilir.

APA-nın xəbərinə görə, parlamentin aşağı palatasına – Seymə 460 deputat, parlamentin yuxarı palatasına isə 100 senator seçilməlidir. 30 milyon seçici ölkədə 31 497 seçki məntəqəsində səs verə bilər. Xarici ölkələrdə isə 417 seçki məntəqəsi açılıb.

Seymdə 460 yer uğrunda 655 namizəd, 100 senator uğrunda 360 namizəd mübarizə aparır. Seymə seçkilər proporsional əsasda keçirilir. Senatorlar isə majoritar qaydada seçiləcək.

Sosioloji sorğulara əsasən, Baş nazirin müavini Yaroslav Kaçinskinin rəhbərlik etdiyi hakim mühafizəkar Hüquq və Ədalət Partiyası 34 faiz səslə sabiq baş nazir Donald Tuskun rəhbərlik etdiyi müxalif liberal mühafizəkar Vətəndaş Platforması Partiyasını cüzi səslə qabaqlayır.
Vətəndaş Platforması Partiyasının 32 faiz səs toplayacağı proqnozlaşdırılır. Bu iki partiyadan hər hansı seçkidə qalib gələrsə, hökumət formalaşdırmaq üçün koalisiyaya tərəfdaş axtarmalı olacaq. Hüquq və Ədalət Partiyasının koalisiyada tərəfdaşının radikal sağ Konfederasiya Partiyası olacağı gözlənilir. Bu partiya Ukraynaya yardımın dayandırılmasını tələb edir. Digər tərəfdən, hazırda Hüquq və Ədalət Partiyası uzun illərdir ki, məhkəmə sistemində islahatlar səbəbindən Brüssel ilə qarşıdurmadadır. Bundan əlavə, hakim partiyanın seçki kampaniyası anti-Almaniya çalarları ilə də diqqət çəkir.

ABŞ və Avropa İttifaqı ilə yaxınlaşmanın tərəfdarı olan Donald Tuskun partiyası isə ölkənin ödəniş vasitəsi kimi avroya keçəcəyini, 12 həftəliyə qədər abortları və eynicinslilərin evliliyini leqallaşdıracağını vəd edir.

Ekspertlərə görə, həm Donald Tusk, həm də Yaroslav Kaçinski üçün parlament seçkilərində məğlubiyyət siyasi karyeralarının başa çatması anlamına gələcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bəhreyn İraqa nota verib
Dünya 20:11
Bəhreyn İraqa nota verib
Yaşar Gülər Qətərə rəsmi səfər edib
Dünya 19:42
Yaşar Gülər Qətərə rəsmi səfər edib
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
Dünya 18:39
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
Baş prokuror Çinə rəsmi səfərə gedib
Siyasət 16:05
Baş prokuror Çinə rəsmi səfərə gedib

Hörmüz boğazında gəmilərin hərəkəti tam dayanıb
Dünya 12:37
Hörmüz boğazında gəmilərin hərəkəti tam dayanıb
Tramp İran limanlarına giriş-çıxışı qadağan edəcəyini açıqlayıb
Dünya 09:56
Tramp İran limanlarına giriş-çıxışı qadağan edəcəyini açıqlayıb
İki böyük tanker Hörmüz boğazından geri döndü −“Bloomberg”
Dünya 23:00
İki böyük tanker Hörmüz boğazından geri döndü −“Bloomberg”
KİV: İran gündə on iki gəminin boğazdan keçməsinə icazə verəcək
Dünya 21:30
KİV: İran gündə on iki gəminin boğazdan keçməsinə icazə verəcək
SEPAH Trampa xəbərdarlıq edib
Dünya 19:17
SEPAH Trampa xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol