• $
  • £

Qəzzanın 600 min sakini evlərini tərk edib- BMT

Qəzzanın 600 min sakini evlərini tərk edib- BMT
16.10.2023 12:14
Qəzza zolağında məcburi köçkünlərin sayı 600 minə çatıb.  Bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi (OCHA) məlumat yayıb.

"Cümə günü İsrailin təxliyə əmrindən sonra əhalinin Qəzza zolağının şimalından cənubuna kütləvi axını davam etdi. Şənbə günü axşam saatlarına olan məlumata görə, təxminən 600 000 məcburi köçkün Qəzzanın mərkəzi və cənubunda sığınacaq tapıb və onların yaşayış şəraiti pisləşir”, - bəyanatda deyilir.
 
İsraildə atılan raketlər nəticəsində 1 300 nəfərin həlak olmasına səbəb olub, 3 300-dən çox vətəndaş yaralanıb.
 
Avropa İttifaqı oktaybrın 10-da HƏMAS-ın İsrailə hücumu ilə bağlı fövqəlada iclas keçirəcəyini açıqlayıb. 

Müharibə nəticəsində ölən fələstinlilərin ümumi sayı 2808-ə yüksəlib. Bu barədə Fələstin Səhiyyə Nazirliyi öz Teleqram kanalında məlumat yayıb.

Nazirliyin məlumatına görə, azı 10 950 nəfər xəsarət alıb.

Oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb və Əl-Əqsa Daşqını əməliyyatının başladığını elan edib.
 
Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib.

İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı "Dəmir qılınclar” adlandırıb.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bəhreyn İraqa nota verib
Dünya 20:11
Bəhreyn İraqa nota verib
Yaşar Gülər Qətərə rəsmi səfər edib
Dünya 19:42
Yaşar Gülər Qətərə rəsmi səfər edib
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
Dünya 18:39
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
Baş prokuror Çinə rəsmi səfərə gedib
Siyasət 16:05
Baş prokuror Çinə rəsmi səfərə gedib

Hörmüz boğazında gəmilərin hərəkəti tam dayanıb
Dünya 12:37
Hörmüz boğazında gəmilərin hərəkəti tam dayanıb
Tramp İran limanlarına giriş-çıxışı qadağan edəcəyini açıqlayıb
Dünya 09:56
Tramp İran limanlarına giriş-çıxışı qadağan edəcəyini açıqlayıb
İki böyük tanker Hörmüz boğazından geri döndü −“Bloomberg”
Dünya 23:00
İki böyük tanker Hörmüz boğazından geri döndü −“Bloomberg”
KİV: İran gündə on iki gəminin boğazdan keçməsinə icazə verəcək
Dünya 21:30
KİV: İran gündə on iki gəminin boğazdan keçməsinə icazə verəcək
SEPAH Trampa xəbərdarlıq edib
Dünya 19:17
SEPAH Trampa xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol