2024-cü il təhsil xərcləri bir az da artırılır - Məbləğ
Azərbaycanda 2024-cü il təhsil xərcləri 4 milyard 549 milyon 916 min manat olacaq. Bu barədə Maliyyə Nazirliyini "2024-cü il dövlət büdcəsi haqqında” Milli Məclisə təqdim etdiyi layihədə qeyd olunub.
Həmin xərclərin 2 milyard 371 milyon 983 mini ümumi təhsilə, 1 milyard 383 milyon 545 mini təhsil sahəsində digər müəssisə və tədbirlərə, 453 milyon 018 mini məktəbəqədər təhsilə, 77 milyon 135 mini peşə təhsilinə, 101 milyon 114 mini orta təhsilə, 134 milyon 806 mini isə ali təhsilə ayrılıb.
Bu məbləğ 2022-ci ildə isə 3 milyard 886 milyon manat olub.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox