• $
  • £

İran İsraili hədələyib - Bu qırmızı xəttimizi keçməkdir

İran İsraili hədələyib - Bu qırmızı xəttimizi keçməkdir
16.10.2023 15:02
İsrail Qəzza zolağında quru əməliyyatlara başlasa İranın qırmızı xəttini keçmiş olacaq. Bunu İran Parlamentinin  milli təhlükəsizlik və xarici siyasət komissiyasının rəhbərinin birinci müavini İbrahim Əzizi deyib.
 
"İsrail hakimiyyəti başa düşməlidir ki, Fələstin yalnız İsrailin bu səhvi etməsini gözləyir. Əgər İDF buna baxmayaraq Qəzza zolağında əməliyyata başlasa və anklav istiqamətində raket göndərməyi dayandırmasa, o zaman İsrail yeni döyüş cəbhələrinin yaranmasına qədər gözləməli olacaq. Fələstin müqavimət cəbhəsinin praktiki olaraq sərhədləri yoxdur və İsrail bu cəbhə ilə harda döyüşə girsə, mütləq hücuma məruz qalacaq və gələcəkdə bu, hətta İsrail dövlətçiliyinin məhvinə gətirib çıxara bilər", - Əzizi Rusiya mətbuatına açıqlamasında bildirib. 

Bir gün əvvəl ABŞ prezidenti Co Bayden İranı və Livanın şiə Hizbullah təşkilatını Fələstin-İsrail münaqişəsinə qarışmamaq barədə xəbərdarlıq edib. 
 
Oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb və Əl-Əqsa Daşqını əməliyyatının başladığını elan edib.
 
Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib.

İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı "Dəmir qılınclar” adlandırıb.
 
Baş verən hadisələr  fonunda hər iki ölkədən ölənlərinin sayının 2500-dən çox olduğu deyilir.
 
İsrail məktəbləri baş verən münqaişədən sonra distant formada işini davam etidirir. 
 
Gülnar 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə 4 maqnitudalı zəlzələ olub
Dünya 21:30
Türkiyədə 4 maqnitudalı zəlzələ olub
Bəhreyn İraqa nota verib
Dünya 20:11
Bəhreyn İraqa nota verib
Yaşar Gülər Qətərə rəsmi səfər edib
Dünya 19:42
Yaşar Gülər Qətərə rəsmi səfər edib
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
Dünya 18:39
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
Baş prokuror Çinə rəsmi səfərə gedib
Siyasət 16:05
Baş prokuror Çinə rəsmi səfərə gedib

Hörmüz boğazında gəmilərin hərəkəti tam dayanıb
Dünya 12:37
Hörmüz boğazında gəmilərin hərəkəti tam dayanıb
Tramp İran limanlarına giriş-çıxışı qadağan edəcəyini açıqlayıb
Dünya 09:56
Tramp İran limanlarına giriş-çıxışı qadağan edəcəyini açıqlayıb
İki böyük tanker Hörmüz boğazından geri döndü −“Bloomberg”
Dünya 23:00
İki böyük tanker Hörmüz boğazından geri döndü −“Bloomberg”
KİV: İran gündə on iki gəminin boğazdan keçməsinə icazə verəcək
Dünya 21:30
KİV: İran gündə on iki gəminin boğazdan keçməsinə icazə verəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol