• $
  • £

Rusiya Ukraynanı raket atəşinə tutub, ölən və yaralananlar var

Rusiya Ukraynanı raket atəşinə tutub, ölən və yaralananlar var
18.10.2023 12:50
Rusiya Ukraynanı raket atəşinə tutub, ölən və yaralananlar var. Bu barədə Dnepr şəhərinin meri Boris Filatov bildirib.

Onun sözlərinə görə, bu gün səhər Rusiya Silahlı Qüvvələrinin Ukraynanı növbəti dəfə raket atəşinə tutması nəticəsində şəhərin bir sıra yaşayış rayonlarına zərbə endirilib.

Raket hücumu nəticəsində ölən və yaralananlar var, lakin onların sayı hələ ki dəqiqləşdirilməyib. Hazırda hadisə yerində axtarış-xilasetmə tədbirləri həyata keçirilir.
 
Ukrayna ordusu son sutkada Rusiyanın 630hərbçisini məhv edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.


Bildirilib ki, müharibə başlayandan bu günə kimi Rusiya ümumi itkilərinin sayı 283 054 nəfərə çatıb. 


Son sutkada Rusiyaya məxsus 3 tank,  3 zirehli döyüş maşını, 2 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.


Amerika Tədqiqi İnstitutunun analitikləri bildirirlər k, Ukrayna hərbçilərinin Zaporojye vilayətinin Rabotino kəndi ərazisində əks-hücum əməliyyatlarını davam etdirilir


Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı son sutkada Rusiyanın 20 tankı (tammiqyaslı işğalın əvvəlindən 4777), 30 zirehli döyüş maşını (cəmi 9082), 23 artilleriya sistemi (cəmi 6666), 2 MLRS (cəmi 806) itirib, 29 əməliyyat-taktiki səviyyəli PUA (cəmi 5158), 35 ədəd avtomobil texnikası və sistern (cəmi 9015) və 3 ədəd xüsusi texnikanın məhv edildiyini bildirib.


Ötən il martın 1-də Rusiya Silahlı Qüvvələri Axtirka şəhəri yaxınlığında yerləşən hərbi hissəni bombalayıb.


2022-ci il martın 2-də Rusiya Xerson şəhərini ələ keçirdiyini qeyd edib.
 
Rusiya Ukrayna müharibəsi ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində  başlayıb. 
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bəhreyn İraqa nota verib
Dünya 20:11
Bəhreyn İraqa nota verib
Yaşar Gülər Qətərə rəsmi səfər edib
Dünya 19:42
Yaşar Gülər Qətərə rəsmi səfər edib
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
Dünya 18:39
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
Baş prokuror Çinə rəsmi səfərə gedib
Siyasət 16:05
Baş prokuror Çinə rəsmi səfərə gedib

Hörmüz boğazında gəmilərin hərəkəti tam dayanıb
Dünya 12:37
Hörmüz boğazında gəmilərin hərəkəti tam dayanıb
Tramp İran limanlarına giriş-çıxışı qadağan edəcəyini açıqlayıb
Dünya 09:56
Tramp İran limanlarına giriş-çıxışı qadağan edəcəyini açıqlayıb
İki böyük tanker Hörmüz boğazından geri döndü −“Bloomberg”
Dünya 23:00
İki böyük tanker Hörmüz boğazından geri döndü −“Bloomberg”
KİV: İran gündə on iki gəminin boğazdan keçməsinə icazə verəcək
Dünya 21:30
KİV: İran gündə on iki gəminin boğazdan keçməsinə icazə verəcək
SEPAH Trampa xəbərdarlıq edib
Dünya 19:17
SEPAH Trampa xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol