• $
  • £

Dövlət borclanması ilə bağlı 2 illik proqnoz açıqlanıb

Dövlət borclanması ilə bağlı 2 illik proqnoz açıqlanıb
19.10.2023 11:24
2023-cü ilin sonuna Azərbaycanın dövlət borcunun ümumi məbləği 26 milyard 803,6 milyon manat səviyyəsində olacağı gözlənilir.  Bu barədə Maliyyə Nazirliyinin "2024-2027-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilib.

Bildirilir ki, bu, 119 milyard 650 milyon manat məbləğində proqnozlaşdırılan ÜDM-nin 22,4 %-ni təşkil edəcək. 

2024-cü ilin sonuna Azərbaycanın dövlət borcunun ümumi məbləği 27 milyard 678 milyon manat səviyyəsində olacağı gözlənilir və 118 milyard 383,3 milyon manat məbləğində proqnozlaşdırılan ÜDM-nin 23,4 %-ni təşkil edəcək. Həmin dövrdə xarici dövlət borcu 8 milyard 898,7 milyon manat (5 milyard 234,5 milyon ABŞ dolları) və ya ÜDM-nin 7,5 %-i həcmində, daxili dövlət borcu isə 18 milyard 779,4 milyon manat və ya ÜDM-nin 15,9 %-i həcmində olacağı proqnozlaşdırılır.
 
2023-cü ilin birinci yarısında xarici dövlət borcu üzrə əsas borc ödənişlərinin 290,8 milyon manatı, daxili dövlət borcu üzrə vaxtı çatan əsas borc ödənişlərinin 433,3 milyon manatı, ümumilikdə 724,1 milyon manat məbləğində vəsait daxili maliyyə bazarında yerləşdirilmiş dövlət istiqrazları hesabına yenidən maliyyələşdirilib.
 
Aytac Zeynalova


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol