• $
  • £

2027-ci ildə Azərbaycan əhalisinin gəlirləri bu qədər artacaq- PROQNOZ

2027-ci ildə Azərbaycan əhalisinin gəlirləri bu qədər artacaq- PROQNOZ
19.10.2023 15:00
2027-ci ildə Azərbaycan əhalisinin gəlirlərinin 106 milyard manata çatacağı proqnozlaşdırılır.  Bu barədə Maliyyə Nazirliyinin "2024-2027-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"dəki hesabatında bildirilir.

Sənədə əsasən, bu dövrdə əhalinin xərclərinin isə 102,6 milyard manata yüksəlməsi gözlənilir.
 
Hazırda cari ilin doqquz ayına görə, Azərbaycan əhalisinin nominal gəlirləri 58 milyard 18 milyon 3 min manatdır. 

Liberal İqtisadiyyatçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli hesab edir ki, hökumət xərcləri gəlirlərdən az göstərməklə "uğurlu" olduğunu göstərməyə çalışır. 
 
"Azərbaycanda əhalinin gəlirləri ola bilsin ki, artır. Məsələn əməkhaqqı artır. Hazırda orta aylıq əmək haqqı 11,3 faiz artıb. Bizim nominal gəlirlərimiz sabit qalır, real gəlirlərimiz isə aşağı düşür. Müqayisə üçün desək, bu ilin doqquz ayında bir çox ərzaq məhsullarının qiymətləri bahalaşıb. Ancaq Azərbaycan hökuməti elan edir ki, Azərbaycanda inflyasiya səviyyəsi doqquz ayın nəticələrina görə yaxşı vəziyyətdədir. Reallıq isə başqa bir şeydir. Ərzaq məhsulları yanvardan indiyə qədər 30-40 faiz artıb. Xərcləri gəlirlərdən az göstərməkdə səbəb odur ki, Azərbaycan hökumətinin iqtisadi siyasətinin "uğurlu" olmasını göstərməkdir. Əslində hökumət həmişə çalışmalıdır ki əhalinin gəlirləri xərclərindən çox olsun", - ekspert vurğulayıb. 
 
Nəsirli düşünür ki, bahalaşma fonunda nominal gəlirləri saymaz əvəzinə real gəlirləri hesablasın. 
 
"Əslində mən Azərbaycan statistikasına inanmıram.  Azərbaycan əhalisinin gəlirləri ola bilsin ki, əmək haqqı şəklində, yeni iş yerlərinin açılması səbəbindən artıb. Bunun hesabına nominal gəlir arta bilər.  Təssüf ki, Azərbaycanda bunun monitorinqlərini aparan bir təşkilat yoxdur. Amma ümumilikdə deyə bilərəm ki, nominal gəlirlərin artması bu gün heç bir əhəmiyyət kəsb etmir. Azərbaycan əhalisinin real gəlirləri aşağı düşüb. Azərbaycan hökuməti, Maliyyə Nazirliyi, Statistika komitəsi yayır ki, Azərbaycan əhalisinin nominal gəlirləri artır. Xeyir ola? Niyə real gəlirləri artmır?",- ekspert deyib.
 
Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 13,1 % artaraq 5 717 manata çatıb.

2022-ci ildə Azərbaycan əhalisinin nominal gəlirləri 68 milyard 914,5 milyon manat təşkil edib. Bu, 2021-ci illə müqayisədə 20,5 % çoxdur.
 
Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə qeydiyyata alınmış 230 495 minə yaxın işsiz var.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol