• $
  • £

Qırmızı Ürəklər könüllüləri heyvan sığınacağına yardım etdi

Qırmızı Ürəklər könüllüləri heyvan sığınacağına yardım etdi
19.10.2023 15:32
Qırmızı Ürəklər Fondunun könüllüləri "Pəncəli Ürəklər” aksiyası çərçivəsində "Good World Animal Rescue and Protection” (GWARP) heyvan sığınacağını ziyarət edərək qida yardımı ediblər. 

Qırmızı Ürəklər Fondu fəaliyyətdə olduğu 3-il ərzində heyvanların müdafiəsi istiqamətində bir çox sosial məsuliyyət layihələri həyata keçirərək cəmiyyətdə  evsiz heyvanlara dəstək mövzusunda fərqindəlik yaratmağa çalışır. Belə ki, fondun məktəbli heyvansevər könüllüləri 6 saylı məktəb-liseyin şagirdləri Ayla Ağayeva, Xədicə Əliyeva "Landau məktəbi”nin şagirdi Sima Hüseynzadə, "Azerbaijan British College”in şagirdi Məryəm Hüseynzadə, Xəzər Universiteti Dünya Məktəbinin şagirdləri Said Aslanov və Cavad Aslanov məktəblərdə yarmarkalar təşkil edərək bu aksiya üçün ianə toplayıblar. Toplanan məbləğ ilə heyvan sığınacağına qida üyüdən aparat ianə edilib. Həmçinin bu layihə çərçivəsində müxtəlif restoran və otellərlə danışıqlar aparılıb ki, artıq qalan uyğun qida tullantıları toplanaraq heyvan sığınacağına göndərilsin. 

Sevindirici haldır ki, layihənin təşəbbüskarları 12-16 yaşlı məktəbli könüllülərdir. Onlar Fondun layihələrindən ilhamlanaraq təbiətin, canlıların qayğısına qalmaq və bu mövzuda töhfə vermək üçün müraciət ediblər.  

 "Qırmızı Ürəklər” Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol