Hindistan Azərbaycandan xam neft alışını azaldıb
Hindistan Azərbaycan xam neft idxalını azaldıb. Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
2023-cü ilin üç ayında Azərbaycan Hindistana 1 milyon 249.25 min ton həcmində xam neft satıb. Bu da 2022-ci ilin analoji dövründən 25% azdır.
Bildirilir ki, ixrac edilən xam neftin dəyəri 739.04 milyon ABŞ dolları təşkil edib.
2022-ci ildə Azərbaycandan Hindistana ixrac edilən xam neftin ümumi neft ixracında payı 4,3 % olub.
Ötən il ərzində Azərbaycan ümumilikdə 9 milyon 481 min 168,95 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 6 milyard 544 milyon 674,13 min ABŞ dolları təşkil edib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox