• $
  • £

Azərbaycandan Avropaya indiyədək nə qədər qaz ixrac edilib?- AÇIQLAMA

Azərbaycandan Avropaya indiyədək nə qədər qaz ixrac edilib?- AÇIQLAMA
20.10.2023 09:59
2023-cü ildə  ölkədə qaz hasilatı 48,7 milyard kubmetr, ixracı isə 24 milyard kubmetr səviyyəsində proqnozlaşdırılıb.  Bu barədə energetika naziri Pərviz Şahbazovun Energetiklər Günü münasibətilə verdiyi məqaləsində bildirilib.
 
Bildirilir ki, Trans-Anadolu (TANAP) və Trans-Adriatik kəmərləri (TAP) vasitəsilə istifadəyə veriləndən indiyə kimi Türkiyəyə 24,3 milyard kubmetr, Avropaya isə 28,7 milyard kubmetr Azərbaycan qazı nəql olunub. 

Nazir vurğulayıb ki, 2021-ci ildə Avropaya 8,2 milyard kubmetr qaz nəql edilmişdisə, enerji təchizatında turbulentliklərin yaşandığı ötən il qaz tədarükü 40% artımla mümkün ən yüksək səviyyəyə - 11,4 milyard kubmetrə çatdırılıb.
 
Azərbaycan qazının "Şahdəniz” yatağından İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılar üçün Avropaya tədarükü 2020-ci il  dekabrın 31-dən  başlayıb. Avropaya hər il 10 milyard kubmetr qaz   Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə həyata keçirilir.

Hazırda Cənub Qaz Dəhlizinin imkanlarının 2 dəfə genişləndirilməsi müzakirə olunur.

2022-ci ildə Azərbaycan qaz ixracını 18% artıraraq 22,3 milyard kubmetrə çatdırıb, Avropaya tədarük 11,4 milyard kubmetr (+39%) təşkil edib.

Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol