• $
  • £

Qəzzada ölənlərin sayı açıqlanıb

Qəzzada ölənlərin sayı açıqlanıb
20.10.2023 20:39
İsrailin Qəzzaya etdiyi hücumlarda həlak olan fələstinlilərin sayının 4 min 137-yə çatıb. Bunu Fələstin Səhiyyə Nazirliyinin Qəzza üzrə sözçüsü Əşrəf əl-Qudra deyib.

"İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayının 1524-ü uşaq, 1000-i qadın olmaqla 4 min 137-yə çatıb. Hücumlarda  13 min fələstinli yaralanıb, dağılmış ev və obyektlərin dağıntıları altında əksəriyyəti uşaq olmaqla 1000-dən çox itkin düşüb. Dünən gecə İsrailin Qəzzada Rum Ortodoks Kilsəsini birbaşa hədəfə alması nəticəsində 16 fələstinli xristianın həyatını itirib. İsrailin Qəzza zolağına hücumları 7 xəstəxananın tamamilə xidmətdən çıxmasına səbəb olub”, - Fələstin Səhiyyə Nazirliyinin Qəzza üzrə sözçüsü Əşrəf əl-Qudra mətbuat konfransında Qəzzadakı son vəziyyətlə bağlı açıqlamasında qeyd edib.

Həmçinin  HƏMAS qruplaşmasının oktyabrın 7-dən etibarən həyata keçirdiyi hücumlar nəticəsində İsraildə ölənlərin sayı 1 557-ə çatıb. Ölənlərin 8-i azərbaycanəsillidir. Həyatını itirənlərin arasında 1524 nəfər uşaq və 1000 nəfər qadın var. Bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
 
Eyni zamanda Qəzzada HƏMAS-ın əlində olan əsir və girovların sayının da 203 nəfər olduğu açıqlanıb. Ölən israilli hərbçilərin sayı isə 306-ya çatıb.
 
Oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb və Əl-Əqsa Daşqını əməliyyatının başladığını elan edib.
 
Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib.

İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı "Dəmir qılınclar” adlandırıb.
 
Aygün Mirakif

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bəhreyn İraqa nota verib
Dünya 20:11
Bəhreyn İraqa nota verib
Yaşar Gülər Qətərə rəsmi səfər edib
Dünya 19:42
Yaşar Gülər Qətərə rəsmi səfər edib
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
Dünya 18:39
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
Baş prokuror Çinə rəsmi səfərə gedib
Siyasət 16:05
Baş prokuror Çinə rəsmi səfərə gedib

Hörmüz boğazında gəmilərin hərəkəti tam dayanıb
Dünya 12:37
Hörmüz boğazında gəmilərin hərəkəti tam dayanıb
Tramp İran limanlarına giriş-çıxışı qadağan edəcəyini açıqlayıb
Dünya 09:56
Tramp İran limanlarına giriş-çıxışı qadağan edəcəyini açıqlayıb
İki böyük tanker Hörmüz boğazından geri döndü −“Bloomberg”
Dünya 23:00
İki böyük tanker Hörmüz boğazından geri döndü −“Bloomberg”
KİV: İran gündə on iki gəminin boğazdan keçməsinə icazə verəcək
Dünya 21:30
KİV: İran gündə on iki gəminin boğazdan keçməsinə icazə verəcək
SEPAH Trampa xəbərdarlıq edib
Dünya 19:17
SEPAH Trampa xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol