• $
  • £

Avropa Komissiyası Rusiyaya qarşı 12-ci sanksiyalar paketi ilə bağlı məsləhətləşmələrə başlayacaq

Avropa Komissiyası Rusiyaya qarşı 12-ci sanksiyalar paketi ilə bağlı məsləhətləşmələrə başlayacaq
20.10.2023 23:56
Avropa Komissiyası (AK) tezliklə bir sıra Avropa İttifaqı ölkələri ilə Rusiya Federasiyasına qarşı mümkün 12-ci sanksiyalar paketinin təfərrüatları ilə bağlı məsləhətləşmələrə başlayacaq.

Bu barədə "EUobserver” məlumat yayıb.

Bu həftə sonu və ya gələn həftənin əvvəlində Avropa Komissiyası növbəti sanksiyalar paketi ilə bağlı Avropanın bir çox dövlətləri ilə bağlı qapılar arxasında məsləhətləşmələr keçirəcək.

Belə ki, "qara siyahı”ya Rusiya almazlarının alınması daxil ediləcək. Eyni zamanda, adı açıqlanmayan bir Aİ diplomatı jurnalistlərə deyib ki, "G7”də təmsil olunan Qərb dövlətləri yaxın bir neçə gün ərzində Rusiya almazlarına qadağa elan etməyə hazırdırlar.

Bu arada, Litva və Polşa artıq sanksiya təkliflərinin təfərrüatlı variantlarını təqdim ediblər. Beləliklə, Litva Aİ-dən "Rosatom”la yeni tranzaksiyalara qadağa qoyulmasını və Rusiyadan uran, LNG və poladın alınmasına qadağa tətbiq etməsini, Rusiya şirkətlərinə İT xidmətlərinin göstərilməsini məhdudlaşdırmasını, lazer texnologiyalarının Rusiya Federasiyasına ixracını dayandırmasını istəyir.

Həmçinin, Litva hakimiyyəti Rusiya hərbçiləri üçün ixracı qadağan edilməli olan 77 zəruri mal müəyyən edib. Bundan əlavə, Vilnüs qeyd edib ki, Rusiya Aİ şirkətlərinin təqdim etdiyi bulud texnologiyalarından istifadə edir.

Öz növbəsində Polşa "Rosatom”la iş görmək, İT xidmətlərinin göstərilməsi, Aİ-dən maye qaz və almaz idxalına qadağa qoyulmasını istəyir. Estoniya Rusiya Federasiyası ilə tam ticarət embarqosu tətbiq etmək niyyətindədir, lakin Tallinin təklifləri hələ də işlənmə mərhələsindədir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə 4 maqnitudalı zəlzələ olub
Dünya 21:30
Türkiyədə 4 maqnitudalı zəlzələ olub
Bəhreyn İraqa nota verib
Dünya 20:11
Bəhreyn İraqa nota verib
Yaşar Gülər Qətərə rəsmi səfər edib
Dünya 19:42
Yaşar Gülər Qətərə rəsmi səfər edib
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
Dünya 18:39
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
Baş prokuror Çinə rəsmi səfərə gedib
Siyasət 16:05
Baş prokuror Çinə rəsmi səfərə gedib

Hörmüz boğazında gəmilərin hərəkəti tam dayanıb
Dünya 12:37
Hörmüz boğazında gəmilərin hərəkəti tam dayanıb
Tramp İran limanlarına giriş-çıxışı qadağan edəcəyini açıqlayıb
Dünya 09:56
Tramp İran limanlarına giriş-çıxışı qadağan edəcəyini açıqlayıb
İki böyük tanker Hörmüz boğazından geri döndü −“Bloomberg”
Dünya 23:00
İki böyük tanker Hörmüz boğazından geri döndü −“Bloomberg”
KİV: İran gündə on iki gəminin boğazdan keçməsinə icazə verəcək
Dünya 21:30
KİV: İran gündə on iki gəminin boğazdan keçməsinə icazə verəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol