• $
  • £

Vətəndaşlar daha böyük məbləğdə kredit götürə biləcəklər

Vətəndaşlar daha böyük məbləğdə kredit götürə biləcəklər
21.10.2023 15:45
Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanun layihəsi vətəndaşlara eyni əmlakı girov qoymaqla banklardan daha böyük məbləğdə kredit götürmək imkanı verəcək.

Bu barədə "Trend”ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat bildirib ki, yeni qanun layihəsi əmlakın daha dəqiq, ölçülə bilən və bəlli meyarlar əsasında qiymətləndirilməsinə imkan yaradacaq.

"Bu baxımdan gözləntilər həm də ondan ibarətdir ki, yeni qanun layihəsi bankların girov kimi cəlb etdiyi əmlakın da doğru qiymətləndirilməsinə gətirib çıxaracaq. Nəzərə almaq lazımdır ki, əvvəlki dövrdə bir sıra banklar tərəfindən əmlakın daha ucuz qiymətləndirilməsi həyata keçirilirdi və nəticədə, verilən kreditin həcmi qiymətləndirilmiş əmlakın dəyərinə uyğun olaraq müəyyənləşdirilirdi.
Bu baxımdan, yeni qiymətləndirmə qaydaları həm də vətəndaşlarımıza eyni əmlakı girov qoymaqla daha çox kredit almaq imkanı verəcək. Bu baxımdan gözlənilir ki, vətəndaşların götürdüyü kreditlərin həcmində artım olsun”, - deyə deputat əlavə edib.

Qanun layihəsi oktyabrın 6-da Milli Məclisin plenar iclasında birinci oxunuşda qəbul edilib. Bu qanun Azərbaycan Respublikasında əmlakın qiymətləndirilməsi fəaliyyətinin ümumi prinsiplərini müəyyən edir, habelə bununla bağlı yaranan təşkilati, iqtisadi və hüquqi münasibətləri tənzimləyir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol