• $
  • £

BMT Baş katibi Qəzza zolağında dərhal atəşkəsə çağırıb

BMT Baş katibi Qəzza zolağında dərhal atəşkəsə çağırıb
21.10.2023 19:48
BMT-nin Baş katibi Antoniu Quterreş Fələstinlə bağlı Qahirə Sülh Sammitində çıxışı zamanı Qəzza zolağında dərhal atəşkəsə və girovların azad edilməsinə çağırıb.

Bu barədə TASS xəbər verir.

"Tərəfləri atəşkəsə və girovların azad edilməsinə çağırıram”, - Baş katib deyib.

O vurğulayıb ki, qan axıdılmasının dayandırılması və iki dövlətin yaradılması ilə bağlı həllə nail olmaq üçün hər cür səy göstərilməlidir.
"Beynəlxalq humanitar hüququ tətbiq etmək və Qəzza zolağının mülki əhalisini qorumaq lazımdır”, - A.Quterreş bildirib. O, mülki əhaliyə, evlərə və xəstəxanalara hücumlara son qoymağa çağırıb. BMT-nin Baş katibi vurğulayıb ki, Qəzzaya humanitar yardım davamlı olaraq göstərilməlidir.

Fələstin-İsrail münaqişəsinin həlli və Qəzza zolağında gərginliyin azaldılması yollarının müzakirəsinə həsr olunmuş Qahirə Sülh Sammiti Misir Prezidenti Əbdülfəttah əs-Sisinin təşəbbüsü ilə Yeni Qahirədə işinə başlayıb. Konfransda 34 ölkənin və 3 beynəlxalq təşkilatın - BMT, Ərəb Dövlətləri Liqası və Afrika İttifaqının nümayəndələri iştirak edir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yaşar Gülər Qətərə rəsmi səfər edib
Dünya 19:42
Yaşar Gülər Qətərə rəsmi səfər edib
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
Dünya 18:39
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
Baş prokuror Çinə rəsmi səfərə gedib
Siyasət 16:05
Baş prokuror Çinə rəsmi səfərə gedib

Hörmüz boğazında gəmilərin hərəkəti tam dayanıb
Dünya 12:37
Hörmüz boğazında gəmilərin hərəkəti tam dayanıb
Tramp İran limanlarına giriş-çıxışı qadağan edəcəyini açıqlayıb
Dünya 09:56
Tramp İran limanlarına giriş-çıxışı qadağan edəcəyini açıqlayıb
İki böyük tanker Hörmüz boğazından geri döndü −“Bloomberg”
Dünya 23:00
İki böyük tanker Hörmüz boğazından geri döndü −“Bloomberg”
KİV: İran gündə on iki gəminin boğazdan keçməsinə icazə verəcək
Dünya 21:30
KİV: İran gündə on iki gəminin boğazdan keçməsinə icazə verəcək
SEPAH Trampa xəbərdarlıq edib
Dünya 19:17
SEPAH Trampa xəbərdarlıq edib
Qazaxıstanda yaşayış binasında yanğın nəticəsində üç uşaq ölüb
Dünya 19:00
Qazaxıstanda yaşayış binasında yanğın nəticəsində üç uşaq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol