• $
  • £

“SpaceX” raketi 23 “Starlink” peykini orbitə çıxarıb

“SpaceX” raketi 23 “Starlink” peykini orbitə çıxarıb
22.10.2023 12:31
Falcon 9 raket daşıyıcısı bu gün "Starlink” sisteminin qlobal şəbəkəsinin əhatə dairəsini genişləndirmək üçün növbəti partiyanı uğurla orbitə çıxarıb.

Bu barədə "SpaceX" şirkəti "X” sosial şəbəkəsində məlumat yayıb.

"23 "Starlink” peykinin orbitə buraxılması təsdiqlənib”, - məlumatda deyilir.

Raket buraxılışı Florida ştatındakı ABŞ Kosmik Qüvvələrinin buraxılış kompleksindən həyata keçirilib.

Şirkət hazırda dünyanın ən böyük peyk operatorudur. "Starlink” şəbəkəsi Şimali və Cənubi Amerika, Avropa, Asiya, Afrika və Avstraliya da daxil olmaqla 62 ölkədə istifadəçilər üçün əlçatandır. Pentaqonun məlumatına görə, bu peyklərin xidmətlərindən Amerika hərbçiləri də fəal şəkildə istifadə edirlər.

Gələcəkdə "SpaceX” Yer sakinlərini planetin istənilən küncündə genişzolaqlı internetə çıxışla təmin edəcək tammiqyaslı şəbəkə yaratmaq üçün 12 min kosmik gəmidən ibarət (gələcəkdə isə 30 min) orbital qruplaşma yaratmağı planlaşdırır. Layihəyə qoyulan investisiyaların ümumi həcmi 10 milyard dollar həcmində qiymətləndirilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yaşar Gülər Qətərə rəsmi səfər edib
Dünya 19:42
Yaşar Gülər Qətərə rəsmi səfər edib
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
Dünya 18:39
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
Baş prokuror Çinə rəsmi səfərə gedib
Siyasət 16:05
Baş prokuror Çinə rəsmi səfərə gedib

Hörmüz boğazında gəmilərin hərəkəti tam dayanıb
Dünya 12:37
Hörmüz boğazında gəmilərin hərəkəti tam dayanıb
Tramp İran limanlarına giriş-çıxışı qadağan edəcəyini açıqlayıb
Dünya 09:56
Tramp İran limanlarına giriş-çıxışı qadağan edəcəyini açıqlayıb
İki böyük tanker Hörmüz boğazından geri döndü −“Bloomberg”
Dünya 23:00
İki böyük tanker Hörmüz boğazından geri döndü −“Bloomberg”
KİV: İran gündə on iki gəminin boğazdan keçməsinə icazə verəcək
Dünya 21:30
KİV: İran gündə on iki gəminin boğazdan keçməsinə icazə verəcək
SEPAH Trampa xəbərdarlıq edib
Dünya 19:17
SEPAH Trampa xəbərdarlıq edib
Qazaxıstanda yaşayış binasında yanğın nəticəsində üç uşaq ölüb
Dünya 19:00
Qazaxıstanda yaşayış binasında yanğın nəticəsində üç uşaq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol