• $
  • £

Argentinada prezident və parlament seçkilərində səsvermə başlayıb

Argentinada prezident və parlament seçkilərində səsvermə başlayıb
22.10.2023 16:21
Apgentinada prezident və parlament seçkilərində səsvermə başlayıb.

APA-nın xəbərinə görə, yerli vaxtda saat 08.00-da açılan seçki məntəqələri saat 18.00-da bağlanacaq.

Prezident postu uğrunda 5 namizəd mübarizə aparır. Ali kürsü uğrunda əsas mübarizə iqtisadiyyat naziri hakim "Vətən Naminə İttifaq” koalisiyasının namizədi Sergio Massa, "Dəyişiklik naminə Birlikdə” adlanan ən böyük müxalif koalisiyanın namizədi, sabiq təhlükəsizlik naziri Patrisiya Bulriç və Azadlıq İrəli Alyansına daxil olan Libertar Partiyasına rəhbərlik edən deputat Xavier Miley arasında gedəcək. Hazırkı Prezident Alberto Fernandes hələ apreldə növbəti seçkilərdə iştirak etməyəcəyini bəyan edib. Namizədlərin hər hansı birinin ilk turda qalib gəlməsi üçün ən azı 45 faiz səs, yaxud ən yaxın rəqibindən 10 faiz çox olmaqla 40 faiz səs toplamaq tələb olunur.
 
Əgər namizədlərdən hər hansı biri bu nəticəni əldə etməzsə, noyabrın 19-da prezident seçkilərinin ikinci turu keçiriləcək.

Bununla bərabər, seçicilər 130 deputat və 24 senator seçməlidirlər. Seçkilərin ilkin nəticələri bu axşam elan olunacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yaşar Gülər Qətərə rəsmi səfər edib
Dünya 19:42
Yaşar Gülər Qətərə rəsmi səfər edib
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
Dünya 18:39
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
Baş prokuror Çinə rəsmi səfərə gedib
Siyasət 16:05
Baş prokuror Çinə rəsmi səfərə gedib

Hörmüz boğazında gəmilərin hərəkəti tam dayanıb
Dünya 12:37
Hörmüz boğazında gəmilərin hərəkəti tam dayanıb
Tramp İran limanlarına giriş-çıxışı qadağan edəcəyini açıqlayıb
Dünya 09:56
Tramp İran limanlarına giriş-çıxışı qadağan edəcəyini açıqlayıb
İki böyük tanker Hörmüz boğazından geri döndü −“Bloomberg”
Dünya 23:00
İki böyük tanker Hörmüz boğazından geri döndü −“Bloomberg”
KİV: İran gündə on iki gəminin boğazdan keçməsinə icazə verəcək
Dünya 21:30
KİV: İran gündə on iki gəminin boğazdan keçməsinə icazə verəcək
SEPAH Trampa xəbərdarlıq edib
Dünya 19:17
SEPAH Trampa xəbərdarlıq edib
Qazaxıstanda yaşayış binasında yanğın nəticəsində üç uşaq ölüb
Dünya 19:00
Qazaxıstanda yaşayış binasında yanğın nəticəsində üç uşaq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol