• $
  • £

Birbank Biznes-dən bank sektorunda yenilik: “Maestro” tarifi

Birbank Biznes-dən bank sektorunda yenilik:  “Maestro” tarifi
23.10.2023 13:57
Birbank Biznes  biznes sahibləri  üçün əsas bank əməliyyatları və məhsullarını özündə birləşdirən, tamamilə yeni və daha qənaətcil məhsul təqdim edir.
Ölkənin bank sektorunda ilk olan bu məhsul vasitəsilə müştərilər biznes ehtiyaclarına  uyğun əməliyyatları və xidmətləri istənilən həcmdə və sayda seçərək, tarif paketlərini özləri yarada bilərlər.

Biznes sahiblərinin səmərəli fəaliyyəti üçün düşünülən bu məhsul vasitəsilə onlar ehtiyaclarına uyğun tarifi müəyyən etmək rahatlığı qazanaraq, standart tariflər ilə müqayisədə bank xərclərinə orta hesabla 65%-dək endirim almaq imkanından yararlanacaqlar.
Qeyd edək ki, müştərilər aşağıda qeyd olunan əməliyyat və xidmətlər vasitəsilə bizneslərinə uyğun tarif paketlərini formalaşdıra biləcəklər:
Ölkədaxili milli valyutada köçürmələr

Ölkəxarici köçürmələr

Əməkhaqqı kartlarına mədaxil

Valyuta mübadiləsi

Biznes və Sahibkar kartları vasitəsilə ATM-dən məxaric

Əməkhaqqı , Biznes və Sahibkar kartlarının sifarişi və ünvana çatdırılması

"Maestro” tarifinin digər bir unikallığı da ondan ibarətdir ki, biznes sahibləri məhsulu banka gəlmədən, xidmətlər üzrə illik ödənişi Birbank Biznes vasitəsilə etməklə əldə edəcəklər. Bununla da müştərilər il ərzində müvafiq əməliyyatları ödənişsiz şəkildə həyata keçirə və digər güzəştlərdən yararlana bilərlər.
Bundan əlavə, "Maestro” tarifi biznes sahiblərinə seçdikləri bank xidmətlərindən asılı olaraq Biznes, Sahibkar və Əməkhaqqı kartlarını və bu kartların çatdırılması xidmətini, həmçinin müəyyən sayda valyuta mübadilələrini ödənişsiz əldə etmək imkanı verəcək.

Sahibkarlara vaxta və xərclərə qənaət etmək imkanı verən "Maestro” tarifi haqqında ətraflı məlumat və sifariş üçün https://bir.bank/bbbmt saytında hesabınıza daxil olmağınız və "Tariflər” bölməsində "Maestro” tarifi bölməsinə keçid etməyiniz və ya 896 məlumat mərkəzinə zəng etməyiniz kifayətdir. 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol