• $
  • £

İstanbulda iki aya su ehtiyatları tükənə bilər

İstanbulda iki aya su ehtiyatları tükənə bilər
23.10.2023 16:19
Türkiyənin su ehtiyatlarının səviyyəsi 20,6% azalıb. Bu barədə İstanbul Su Ehtiyatları və Kanalizasiya İdarəsinin məlumatında deyilir. 
 
Bildirilir ki, İstanbul 57 gün ərzində susuz qala bilər.  
 
"Apreldən etibarən su ehtiyatları 48,5%-dən 20,6%-ə qədər azalaraq, hazırda 180 milyon kubmetr suya çatır, mümkün olan maksimum 868 milyon kubmetr təşkil edir", - məlumatda deyilir. 

Jurnalistlərin hesablamalarına görə, 16 milyonluq şəhər indiki kimi gündəlik 3,1 milyon kubmetr su istehlak etməyə davam edərsə və əhəmiyyətli yağıntılar baş verməsə, təxminən iki aya su ehtiyatı tükənəcək.

Artıq sinoptiklər uzun sürən quraqlığa görə Türkiyənin əhəmiyyətli bir hissəsini fövqəladə vəziyyət zonasına daxil ediblər.
 
Bundan əlavə, sentyabrın əvvəlindən İstanbul səlahiyyətliləri ehtiyata qənaət etmək üçün şəxsi park və bağların suvarılması üçün sudan istifadəni dayandırmağa qərar verib. 

Maliyyə Nazirliyinin "2024-2027-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"dəki hesabatında bildirilir ki, Azərbaycanda 2050-ci ilə qədər su təchizatı 23 faiz azalacaq.
 
Hesabatda BMT-nin son proqnozlarına istinad edilərək vurğulanıb ki, həmçinin 2040-ci ilə qədər Azərbaycan quraqlıqla üzləşəcək ilk 20 ölkə arasında yer alacaq. 

"Optimist ssenari üzrə Azərbaycanın su ehtiyatlarının miqdarı (transsərhəd su ehtiyatları ilə birlikdə) 2040-cı ildə 5-10%, 2070-ci ildə isə 10-15% və pessimist ssenari üzrə cari dəyərlərlə müqayisədə 2040-cı ildə 10-15%, 2070-ci ildə isə 15-25% azalacaq", - nazirliyin hesabatında yazılıb. 

Notr Dam Qlobal Adaptasiya Təşəbbüsünün son qiymətləndirilməsində ölkədə adambaşına düşən məcmu su ehtiyatları nisbətən aşağı və su təchizatının 70-75%-i Azərbaycan hüdudlarından kənarda yaranan mənbələrdən qaynaqlandığı açıqlanıb. 
 
Gülnar 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yaşar Gülər Qətərə rəsmi səfər edib
Dünya 19:42
Yaşar Gülər Qətərə rəsmi səfər edib
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
Dünya 18:39
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
Baş prokuror Çinə rəsmi səfərə gedib
Siyasət 16:05
Baş prokuror Çinə rəsmi səfərə gedib

Hörmüz boğazında gəmilərin hərəkəti tam dayanıb
Dünya 12:37
Hörmüz boğazında gəmilərin hərəkəti tam dayanıb
Tramp İran limanlarına giriş-çıxışı qadağan edəcəyini açıqlayıb
Dünya 09:56
Tramp İran limanlarına giriş-çıxışı qadağan edəcəyini açıqlayıb
İki böyük tanker Hörmüz boğazından geri döndü −“Bloomberg”
Dünya 23:00
İki böyük tanker Hörmüz boğazından geri döndü −“Bloomberg”
KİV: İran gündə on iki gəminin boğazdan keçməsinə icazə verəcək
Dünya 21:30
KİV: İran gündə on iki gəminin boğazdan keçməsinə icazə verəcək
SEPAH Trampa xəbərdarlıq edib
Dünya 19:17
SEPAH Trampa xəbərdarlıq edib
Qazaxıstanda yaşayış binasında yanğın nəticəsində üç uşaq ölüb
Dünya 19:00
Qazaxıstanda yaşayış binasında yanğın nəticəsində üç uşaq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol