• $
  • £

İran İsrailə növbəti dəfə xəbərdalıq edib

İran İsrailə növbəti dəfə xəbərdalıq edib
23.10.2023 17:42
İsrail Qəzzaya zərbələri dayandırmasa, Yaxın Şərq nəzarətdən çıxacaq. Bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian mətbuat konfransında İsrailə etdiyi xəbərdarlıqda deyib.
 
Nazir, İsrailə hərbi dəstək verməkdə ABŞ-nin də günahkar olduğunu bildirib.
 
"ABŞ və onun etibarlı nümayəndəsi İsrailə xəbərdarlıq edirəm ki, Qəzzada insanlığa qarşı cinayət və soyqırımı dərhal dayandırmasalar, hər an hər şey mümkündür və bölgə nəzarətdən çıxacaq. Nəticələrin isə həm regional, həm də müharibə tərəfdarı olanlar üçün ağır, acı və geniş təsirləri ola bilər. ABŞ-nin İsrailə hərbi dəstəyi Qəzzada davam edən münaqişənin "İsrail tərəfindən Birləşmiş Ştatlar adından həyata keçirilən vəkil müharibəsi" olduğuna sübutdur”, - o əlavə edib.
 
Oktyabrın 16-da İran Parlamentinin  milli təhlükəsizlik və xarici siyasət komissiyasının rəhbərinin birinci müavini İbrahim Əzizi deyib. ki, İsrail Qəzza zolağında quru əməliyyatlara başlasa İranın qırmızı xəttini keçmiş olacaq. 
 
Oktyabrın 15-də ABŞ prezidenti Co Bayden İranı və Livanın şiə Hizbullah təşkilatını Fələstin-İsrail münaqişəsinə qarışmamaq barədə xəbərdarlıq edib. 
 
Oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb və Əl-Əqsa Daşqını əməliyyatının başladığını elan edib.
 
Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib.

İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı "Dəmir qılınclar” adlandırıb.
 
İsrailin Qəzza zolağına hücumu nəticəsində ölənlərin sayı 5 mini keçib. Bu barədə Qəzza bölgəsinin Səhiyyə Nazirliyi məlumat yayıb.
 
Bundan öncə Qəzza zolağında yaralı fələstinlilərin sayının 14 245 nəfər olduğu bildirilib.
 
Aygün Mirakif
 

 
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yaşar Gülər Qətərə rəsmi səfər edib
Dünya 19:42
Yaşar Gülər Qətərə rəsmi səfər edib
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
Dünya 18:39
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
Baş prokuror Çinə rəsmi səfərə gedib
Siyasət 16:05
Baş prokuror Çinə rəsmi səfərə gedib

Hörmüz boğazında gəmilərin hərəkəti tam dayanıb
Dünya 12:37
Hörmüz boğazında gəmilərin hərəkəti tam dayanıb
Tramp İran limanlarına giriş-çıxışı qadağan edəcəyini açıqlayıb
Dünya 09:56
Tramp İran limanlarına giriş-çıxışı qadağan edəcəyini açıqlayıb
İki böyük tanker Hörmüz boğazından geri döndü −“Bloomberg”
Dünya 23:00
İki böyük tanker Hörmüz boğazından geri döndü −“Bloomberg”
KİV: İran gündə on iki gəminin boğazdan keçməsinə icazə verəcək
Dünya 21:30
KİV: İran gündə on iki gəminin boğazdan keçməsinə icazə verəcək
SEPAH Trampa xəbərdarlıq edib
Dünya 19:17
SEPAH Trampa xəbərdarlıq edib
Qazaxıstanda yaşayış binasında yanğın nəticəsində üç uşaq ölüb
Dünya 19:00
Qazaxıstanda yaşayış binasında yanğın nəticəsində üç uşaq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol