• $
  • £

Milli Məclisdən Almaniya parlamentinə ETİRAZ

Milli Məclisdən Almaniya parlamentinə ETİRAZ
23.10.2023 22:19
Almaniya Bundestaqının Xarici əlaqələr komitəsinin sədri Maykl Rotun İrəvana səfəri zamanı verdiyi qeyri-obyektiv, mövcud reallıqları təhrif edən bəyanatları təəssüf doğurur.

Bu barədə Azərbaycan Respublikasının Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin etiraz bəyanatında bildirilib.

Növbəti dəfə Ermənistan rəhbərliyinin havadarlarının öz yalan iddiaları ilə beynəlxalq ictimaiyyəti aldatmasının şahidi oluruq.
Təəssüflər olsun ki, Almaniya Bundestaqındakı destruktiv qüvvələrin təsiri və təzyiqi Azərbaycana qarşı bu cür qeyri-obyektiv addımların atılmasına və bəyanatların səsləndirilməsinə rəvac verir. Bu fakt öz-özlüyündə həmin bəyanatlarda irəli sürülən iddiaların nə dərəcədə əsassız olduğunu bariz şəkildə nümayiş etdirir.

"Verilən bəyanatlar bir sıra məqamlarına görə, xüsusilə narazılıq doğurur. Azərbaycanın Qarabağ bölgəsinin adının təhrif edilməsini ölkəmizin ərazi bütövlüyünə qarşı atılmış addım kimi qəbul edirik. Almaniya Bundestaqına BMT-nin ixtisaslaşmış qurumlarının bölgəyə iki dəfə səfər etdiyini və mülki əhaliyə qarşı heç bir zorakılıq hallarının baş vermədiyini öz hesabatlarında təsdiqlədiyini xatırlatmaq istərdik.
 
Biz, öz növbəmizdə, almaniyalı həmkarımızın Ermənistanın 30 il ərzində Azərbaycana qarşı törətdiyi hərbi cinayətlərlə bağlı, o cümlədən həm Ermənistanda, həm də Azərbaycanda mədəni abidələrin dağıdılması, tarixi irsin silinməsinə görə Ermənistana sanksiyaların tətbiq olunması üçün çağırış etmədiyi halda, Azərbaycanı sanksiyalarla hədələməsini siyasi riyakarlıq kimi qiymətləndirir, ikili standartların bariz nümunəsi kimi qəbul edirik.
Azərbaycan Respublikasının Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi olaraq Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Rotun verdiyi bəyanatları bir daha qətiyyətlə rədd edirik”, - deyə vurğulanıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Siyasət 14:57
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol