• $
  • £

Qəzza zolağında 400 yer vurulub

Qəzza zolağında 400 yer vurulub
24.10.2023 11:05
Qəzza zolağında müxtəlif məhəllələrdə 400 yer vurulub. Bu barədə İsaril ordusu açıqlama yayıb.

Açıqlamada hücum hədəflərindən birinin məscid olduğu qeyd olunub.

Oktyabrın 18-də Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra Qəzza zolağında xəstəxanaya edilən hava zərbəsi nəticəsində 500 nəfərin öldüyünü açıqlayıb.

Qəzzada olan Fələstin Səhiyyə Nazirliyi, İsrailin Qəzzaya hücumları nəticəsində 2055-i uşaq və 1119-u qadın olmaqla 5087 nəfərin öldüyünü, 15273 nəfərin isə yaralandığını açıqlayıb.

İsrail tərəfindən saxlanılan HƏMAS tərəfdarlarının ümumi sayı təxminən 500 nəfər təşkil edib. Bu barədə  TASS-a İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat verib.
 
"Hərbi əməliyyatların başlanmasından (7 oktyabr) bu günə kimi İordan çayının qərb sahilində keçirilən antiterror reydləri zamanı axtarışda olan 800-dən çox şəxs saxlanılıb, onlardan 500-ə yaxını HƏMAS-la əlaqəlidir”, - məlumatda bildirilir.

Oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb və Əl-Əqsa Daşqını əməliyyatının başladığını elan edib.
 
Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib.

İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı "Dəmir qılınclar” adlandırıb.
 
Aygün Mirakif


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yaşar Gülər Qətərə rəsmi səfər edib
Dünya 19:42
Yaşar Gülər Qətərə rəsmi səfər edib
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
Dünya 18:39
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
Baş prokuror Çinə rəsmi səfərə gedib
Siyasət 16:05
Baş prokuror Çinə rəsmi səfərə gedib

Hörmüz boğazında gəmilərin hərəkəti tam dayanıb
Dünya 12:37
Hörmüz boğazında gəmilərin hərəkəti tam dayanıb
Tramp İran limanlarına giriş-çıxışı qadağan edəcəyini açıqlayıb
Dünya 09:56
Tramp İran limanlarına giriş-çıxışı qadağan edəcəyini açıqlayıb
İki böyük tanker Hörmüz boğazından geri döndü −“Bloomberg”
Dünya 23:00
İki böyük tanker Hörmüz boğazından geri döndü −“Bloomberg”
KİV: İran gündə on iki gəminin boğazdan keçməsinə icazə verəcək
Dünya 21:30
KİV: İran gündə on iki gəminin boğazdan keçməsinə icazə verəcək
SEPAH Trampa xəbərdarlıq edib
Dünya 19:17
SEPAH Trampa xəbərdarlıq edib
Qazaxıstanda yaşayış binasında yanğın nəticəsində üç uşaq ölüb
Dünya 19:00
Qazaxıstanda yaşayış binasında yanğın nəticəsində üç uşaq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol