• $
  • £

Azərbaycan BOKT-larının xalis mənfəəti artıb

Azərbaycan BOKT-larının xalis mənfəəti artıb
24.10.2023 12:18
2023-cü ilin doqquz ayında Azərbaycandakı bank olmayan kredit təşkilatı 59 milyon manat xalis mənfəətlə başa vurub, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verib.

Bildiriir ki, yanvar- avqustda BOKT-ların gəlirləri 151,3 milyon manat (illik müqayisədə 81,85% çox), xərcləri 77 milyon manat (37,75% çox), xüsusi ehtiyatlara ayırmaları 4,8 milyon manat (92 % çox), gözlənilməz gəlirləri 0,3 milyon manat (1 il bundan əvvəl olmayıb), mənfəət vergisi ödəmələri isə 10,7 milyon manat (5,6 dəfə çox) təşkil edib.

Bu il oktyabrın 1-nə BOKT-ların aktivləri 682,2 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 42,6 % çoxdur. Bunun 509,7milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 39,5 % böyüyüb.

Hesabat dövründə BOKT-ların öhdəlikləri 41,8 % artaraq 388,4 milyon manata, balans kapitalı isə 43,7 % artaraq 293,8 milyon manata çatıb.
 
30 iyun 2022-ci il tarixində "TBC Kredit BOKT"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 15 milyon 670 min manat ikən, 30 iyun 2023-cü il tarixində 16 milyon 831 min manata çatıb. Təşkilatın cəmi aktivləri 18 milyon 259 min manatdan 19 milyon 449 min manata yüksəlib.

"TBC Kredit BOKT" MMC-nin nizamnamə kapitalının 100%-i Gürcüstanın "TBC Bank Group" şirkətinə məxsusdur.
 
 Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol