Prezident Fərman imzaladı

Azərbaycanda icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı həddi 17,5 faiz, 2024-cü ilin sonuna isə 24 faiz müəyyən edilib. Bu barədə Prezdientin oktyabrın 24-də imzaladığı fərmanda qeyd olunub.
Bu məsələlərin icrası ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verilib.
İqtisadçı Natiq Cəfərli qeyd edir ki, fərmanın əsas məqsədi hökumətin qeyri-neft sektoruna stimullaşdırıcı addımlar atılmasına təşviq etməkdir.
"Bu fərmanın göstəricisi ondan ibarətdir ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafına təkan vermək üçün hökumətə müəyyən çərçivələr müəyyənləşdirilir. Qeyri- neft sektorunun ÜDM-də olan payının faiz nisbətini müəyyənləşdirir ki, orta müddətdə bu 17% olmalıdı, lakin 2024-cü ildə indiki vəziyyət nəzərə alaraq bu 24% ola bilər.Prezidentin bu fərmanı ilə hökumət qarşısında məqsəd və vəzifə qoyulur ki, büdcə kəsirinin ümumdaxil məhsulda qeyri-neft sektorunun payı gələcəkdə orta müddətli perspektivdə 17%-dən çox olmasın. Yəqin ki, orta müddətli deyəndə yaxın 5 il nəzərdə tutulur. Lakin gələn il üçün bu 24 % ola bilər. Fərmanın əsas məqsədi hökumətin qeyri-neft sektoruna stimullaşdırıcı addımlar atılmasına təşviq etməkdir. Yəni bu yöndə onların çalışmalarını sürətləndirməyə tapşırıqdır", - iqtisadçı əlavə edib.
Aygün Mirakif
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 