• $
  • £

ÜST Qəzzada səhiyyə sisteminin çökməsi barədə xəbərdarlıq edib

ÜST Qəzzada səhiyyə sisteminin çökməsi barədə xəbərdarlıq edib
24.10.2023 18:05

Qəzzanın səhiyyə sistemi çökdüyü bir zamanda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yanacaq və səhiyyə müəssisələri üçün vacib təchizatların təhlükəsiz çatdırılması üçün keçid tələb edir.

Bununla bağlı ÜST bəyanat yayıb və Qəzzada xəstəxanalarda fəlakətin yaşandığı ilə bağlı çağırış edib.

Bəyanatda bildirilib ki, təhlükəsizlik zəmanətlərinin olmaması səbəbindən Qəzzanın şimalındakı böyük xəstəxanalara yanacaq və zəruri, həyat qurtaran sağlamlıq ləvazimatlarını paylanmır: "Səhiyyə ləvazimatları və yanacağın Qəzza zolağına təhlükəsiz şəkildə çatdırılması üçün ÜST humanitar atəşkəslə bağlı təcili çağırış edir".
ÜST bildirir ki, Qəzzanın şimalında tədarük və yanacağı gözləyən bəzi səhiyyə obyektləri siyahısına çarpayı doluluğunun artıq 150%-ə yaxın olduğu Əl-Şifa xəstəxanası daxildir.

"Ötən gecə İndoneziya Xəstəxanası yanacaq çatışmazlığı səbəbindən bəzi kritik xidmətləri bağlamaq məcburiyyətində qalıb və indi məhdud funksionallıqla işləyir. Qəzza zolağında yeganə onkoloji xəstəxana olan Türk Dostluq Xəstəxanası yanacaq çatışmazlığı səbəbindən qismən fəaliyyət göstərir və 2000-ə yaxın onkoloji xəstəsi risk altındadır. Zərər və hücumlara görə bağlanmalı olan xəstəxanalara əlavə olaraq, Qəzza zolağı boyunca 6 xəstəxana yanacaq çatışmazlığı səbəbindən artıq bağlanıb. Qəzzaya həyati əhəmiyyət kəsb edən yanacaq və əlavə tibbi ləvazimatlar təcili olaraq çatdırılmasa, minlərlə xəstə ölüm və ya tibbi fəsadlar riski ilə üzləşir, elektrik enerjisinin olmaması səbəbindən xəstəxanalarda kritik xidmətlər bağlanır.
 
Bunlara dializdən asılı olan 1000 xəstə, bir sıra qayğıya ehtiyacı olan 130 vaxtından əvvəl doğulmuş körpə və həyatda qalmaq üçün sabit və fasiləsiz elektrik təchizatından asılı olan reanimasiyada olan və ya cərrahiyyə tələb edən xəstələr daxildir", - bəyanatda deyilir.

ÜST qeyd edir ki, oktyabrın 23-də UNRWA-nın dəstəyi ilə təcili yardım xidmətlərini davam etdirmək üçün Qəzzanın cənubundakı dörd böyük xəstəxanaya və Fələstin Qızıl Aypara Cəmiyyətinə 34,000 litr yanacaq çatdırıb. "Ancaq, bu, təcili yardım maşınlarının və kritik xəstəxana funksiyalarının 24 saatdan bir qədər çox işləməsi üçün kifayətdir.
ÜST-nin bəzi dərman və sağlamlıq ləvazimatları artıq Qəzzanın cənubundakı dörd əsas xəstəxanaya, eləcə də Fələstin Qızıl Aypara Cəmiyyətinin iki səhiyyə müəssisəsi və təcili yardım ekipajına paylanması üçün çatdırılıb".

Bəyanatda qeyd olunur ki, Qəzzada həkimlər anesteziya və ya digər əsas cərrahi ləvazimatlar olmadan əməliyyatlar aparmağa məcbur olur:
"İnsanlar üçün Qəzza zolağındakı vəziyyət çıxılmazdır. Yanacaq və tibbi ləvazimatların təhlükəsiz və davamlı keçidi və əlavə humanitar yardım olmadan fəlakət yaşanacaq. Qəzza zolağına tibbi ləvazimatlar və yanacağın təhlükəsiz çatdırılması üçün təcili humanitar atəşkəs çağırışlarını təkrarlayırıq".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yaşar Gülər Qətərə rəsmi səfər edib
Dünya 19:42
Yaşar Gülər Qətərə rəsmi səfər edib
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
Dünya 18:39
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
Baş prokuror Çinə rəsmi səfərə gedib
Siyasət 16:05
Baş prokuror Çinə rəsmi səfərə gedib

Hörmüz boğazında gəmilərin hərəkəti tam dayanıb
Dünya 12:37
Hörmüz boğazında gəmilərin hərəkəti tam dayanıb
Tramp İran limanlarına giriş-çıxışı qadağan edəcəyini açıqlayıb
Dünya 09:56
Tramp İran limanlarına giriş-çıxışı qadağan edəcəyini açıqlayıb
İki böyük tanker Hörmüz boğazından geri döndü −“Bloomberg”
Dünya 23:00
İki böyük tanker Hörmüz boğazından geri döndü −“Bloomberg”
KİV: İran gündə on iki gəminin boğazdan keçməsinə icazə verəcək
Dünya 21:30
KİV: İran gündə on iki gəminin boğazdan keçməsinə icazə verəcək
SEPAH Trampa xəbərdarlıq edib
Dünya 19:17
SEPAH Trampa xəbərdarlıq edib
Qazaxıstanda yaşayış binasında yanğın nəticəsində üç uşaq ölüb
Dünya 19:00
Qazaxıstanda yaşayış binasında yanğın nəticəsində üç uşaq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol