• $
  • £

Kapital Bank-ın dəstəyi ilə keçirilən “Heydər Əliyev: 100 Mühəndislik hakatonu”nun qalibləri bəlli oldu

Kapital Bank-ın dəstəyi ilə keçirilən “Heydər Əliyev: 100 Mühəndislik hakatonu”nun qalibləri bəlli oldu
24.10.2023 16:32
Xəbər verdiyimiz kimi ölkənin birinci bankı Kapital Bank-ın baş sponsorluğu ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik  yubileyinə həsr edilmiş Mühəndislik hakatonu keçirilib. Ölkənin 21 ali təhsil müəssisəsinin tələbələri arasında baş tutan yarışmada 30 komanda 3 mövzu "Ekologiya və ətraf mühit”, "Nəqliyyat və logistika”, "Texnologiya və innovasiya” istiqamətləri üzrə verilən tapşırıqlara  maraqlı həllər təklif ediblər. 

Yeni Azərbaycan Partiyası və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan-Fransız Universitetində baş tutan intellektual yarışın qalibləri bəlli olub. Qaliblər Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Keçmişə ehtiram, gələcəyə inamla: Heydər Əliyev irsindən bəhrələnən müasir Azərbaycan gəncliyi” mövzusunda keçirilən tədbirdə elan olunub. 

Nəqliyyat və logistika istiqaməti üzrə "Azərbaycan Dövlət Neft və Sənaye Universiteti-2”, Ekologiya və ətraf mühit istiqaməti üzrə "Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - 3”, İnnovasiya və texnologiya istiqaməti üzrə "Bakı Ali Neft Məktəbi -1” komandaları mükafatlandırılıb. Qalib komandalara Kapital Bank tərəfindən təyin olunan 2500 AZN dəyərində mükafatı bankın Data menecment idarəsinin Data texnologiyaları ekspert mərkəzinin lideri Tural Həmzəyev təqdim edib. 

Bundan başqa layihənin təşkilində dəstəyinə görə Kapital Bank təşəkkürnamə ilə təltif edilib. Təşəkkürnaməni İstedadların idarə edilməsi departamentinin lideri Aygün Musayevaya Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin  rektor əvəzi Vazeh Əskərov təqdim edib. 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol