Sahibkarların yoxlanması ilə bağlı qanun bu tarixdə qüvvədən düşəcək - Uzadılmasına ehtiyac varmı?

Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti 2024-cü il yanvarın 1-də bitir.
Bununla bağlı fevralın 10-da İlham Əliyev "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna dəyişikliyi təsdiqləyib.
Yaxın 1 ildə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məhdudiyyət nəzərə alınmaqla aparılmalıdır. Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluğun apardığı yoxlamalara şamil edilmir.
Deputat Aydın Hüseynov qeyd edir ki, sahibkarların yoxlanmasına qoyulan qadağanın müddətinin müəyyənləşməsi il sonunda aparılan təhlillər zamanı məlum olur.
"Məlumdur ki, 2024-cü ilə qədər yoxlanmaların dayandırılması ilə bağlı qanun var. Lakin hər il bu qanuna yenidən baxılır. Eyni zamanda sahibkarlıq sahəsində yoxlamaların aparılması ilə bağlı bir qanun da qəbul olundu. Bu qanunda artıq sahibkarlıq subyektlərinin yoxlanması ilə bağlı yeni qaydalar, yeni yanaşmalar mövcuddur. Ümumiyyətlə şəffaflığın artırılması, kölgə iqtisadiyyatının aradan qaldırılması, korrupsiyaya qarşı mübarizə hallara qarşı mübarizə, yoxlanmaların dayandırılması sahibkarlara olan dövlət dəstəklərindən biridir. Bu qanuna yenidən baxılması ilə bağlı həmişə müvafiq orqan il ərzində öz təhlillərini aparır. Onun effetliyini nəzərə alaraq yoxlamaların dayandırılma müddətinin uzadılmasının vacibliyini daha məqbul hesab edilirsə, yoxlamaların dayandırılması müddəti yenidən uzadılır. Bu isə ilin sonunda təhlillər əsasında məlum olur. Buna görə də ilin sonunu gözləməliyik ki, görək təhlillər nə nəticə verəcək”, - deputat əlavə edib.
Deputat Vüqar Bayramov bildirir ki, gələn il də sahibkarlıq subyektlərinin yoxlanmasının minimumlaşdırılması, xüsusən də bölgələrdə sahibkarların fəaliyyətinə yersiz müdaxilələrin tamamilə aradan qaldırılması prioritet olaraq qalacaq.
"Artıq uzun müddətdir ki, bu qanun qüvvədədir, sahibkarlar bu imkandan faydalanırlar. Bizim əslində təklifimiz ondan ibarətdir ki, növbəti ildə də sahibkarlara bu istiqamətdə dəstək davam etdirilsin. Yoxlamalar ilə bağlı ayrıca qanun qəbul edildi, bu qanunun qəbul edilməsi də praktik olaraq yoxlamalar ilə bağlı yeni mexanizmləri, eyni zamanda sahibkarların hüquqlarının qorunması mexanizmlərinin formalaşmasına imkan yaratdı. Bütövlükdə bu istiqamətdə dəstəyin davam etdirilməsi, xüsusilə də sahibkarların fəaliyyətinə o cümlədən, regionlarda müşahidə edilən yersiz müdaxilələrin tamamilə aradan qaldırılması müxaniziminin gücləndirilməsini təklif edilib. Hələ ki, qanunun müddətinin uzadılıb-uzadılmaması ilə bağlı müzakirələr getmir və bununla bağlı hər hansı təklif də edilməyib. Konkret layihə tərtib olunmadığına görə, dəqiq fikir söyləmək çətindir. Biz bütövlükdə sahibkarlıq subyektlərinin yoxlanmasının minimumlaşdırılmasının tərəfdarıyıq. Düşünürəm ki, bu istiqamətdə siyasətin sistemləşdirilməsi və genişləndirilməsi çox vacibdir. Yeni qəbul edilən qanun çərçivəsində də sahibkarların hüquqlarının daha yaxından qorunacağı gözlənir. Gələn ildə sahibkarlıq subyektlərinin yoxlanmasının minimumlaşdırılması, xüsusən də bölgələrdə sahibkarların fəaliyyətinə yersiz müdaxilələrin tamamilə aradan qaldırılması prioritet olaraq qalacaq”, - o əlavə edib.
Bookland cafe-nin sahibi Cənab Yazar bildirir ki, yoxlamaların qanun-qaydaya uyğun aparılması yaxşı haldır, bu olmadığı halda təhlükələr artacaq.
Lakin bizim kimi kiçik sahibkarların yoxlanılmasına baxmayaraq 8 illik sahibkar kimi fəaliyyət dövrümdə hələ böyük restoran və iş adamlarının yoxladığının şahidi olmamışam. Səbəb isə onların çox pulu olmasıdır ki, bu da onların yoxlanmalardan yayınmağına imkan yaradır. Əgər hər şey qanun-qaydası ilə aparılacaq və yoxlanılacaqsa, bunun dövlət üçün müsbət nəticəsi olar. Kafe, restoranların təmizliyi, istənilən fabrik və zavodlarda təhlükəsizlik sistemlərinin təmin edilməsi və buna nə dərəcədə riayət olunacağı ilə bağlı yoxlama aparmaq yaxşı bir şeydir”, - Cənab Yazar əlavə edib.
Onun sözlərinə görə, yoxlamalara qoyulan qadağaların müddətinin uzadılması da yaxşı nəticə verə bilər, lakin qanun-qayda olmasa, təhlükə yaradacaq hallar da artacaq.
"Sahibkarların yoxlanmasına qoyulan qadağa müddətinin uzadılması bir yandan yaxşı nəticə verəcəksə, digər yandan qanun-qaydaların olmaması ilə təhlükəli hallar artacaq. Qadağa müddəti uzadılarsa, yetəri qədər kafe, restoran, zavod, fabriklər və s. açılacaq, amma qayda-qanun olmasa, təhlükə də artacaq. Ona görə də dövlət tərəfindən yoxlanmaların aparılmasının əleyhinə deyiləm. Yoxlanılma yaxşı bir şeydir, çünki müştərilərə nəyin necə və nə zaman veriləməsinin, sağlamlığın daha önəmli olmasının vurğusudur. Digər tərəfdən açılan zavod, fabriklərdə yoxlamalar aparılmasa, nasazlıqlar, insan həyatı üçün risk yaradan vəziyyətin aşkarlanmaması təhlükəli halların artmasına səbəb olacaq”, - cafe sahibi qeyd edib.
İqtisadçı Akif Nəsirli hesab edir ki, Azərbaycanda korrupsiya dövlət səviyyəsindən aşağı enmədikcə yoxlamalara qoyulan qadağanın müddəti uzadılmalıdır.
Vaxtın uzadılması vacibdir. Əgər uzadılmasa, məmurlar yersiz yoxlamalara başlayacaqlar, sahibkarların fəaliyyətinə mane olacaqlar və neqativ halları artıracaqlar. Qərarın aradan götürülməsi o zaman səmərə verər ki, korrupsiya faktları aradan qaldırılsın, şəffaflıq, hesabatlılıq təmin edilsin, cəmiyyətdə bir halallıq yaransın. Hazırda isə belə bir hal yoxdur. Qərar uzadılmasa, sahibkarlar əziyyət çəkəcəklər”, - iqtisadçı əlavə edib.
Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (29,6 faiz), Aran (20,9 faiz), Gəncə-Qazax (14 faiz) və Lənkəran (10,1 faiz) iqtisadi rayonlarında qeydiyyata alınıb.
Fərdi sahibkarların 78,5 faizini kişilər, 21,5 faizi qadınlar olub. Qadınlar "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq" fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 27 faizini, "Digər sahələrdə xidmətlərin göstərilməsi" fəaliyyət sahəsində 25,8 faizini, "Ticarət; nəqliyyat vasitələrinin təmiri" fəaliyyət sahəsində isə 20,7 faizini təşkil edir.
Sahibkar qadınların 31,4 faizi Bakıda, 17,8 faizi Aran, 17,1 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib. Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Bakıda (22,8 faiz), Gəncə-Qazax (26,1 faiz) və Lənkəran (22,6 faiz) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.
www.anews.az
Bununla bağlı fevralın 10-da İlham Əliyev "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna dəyişikliyi təsdiqləyib.
Yaxın 1 ildə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məhdudiyyət nəzərə alınmaqla aparılmalıdır. Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluğun apardığı yoxlamalara şamil edilmir.
Deputat Aydın Hüseynov qeyd edir ki, sahibkarların yoxlanmasına qoyulan qadağanın müddətinin müəyyənləşməsi il sonunda aparılan təhlillər zamanı məlum olur.
"Məlumdur ki, 2024-cü ilə qədər yoxlanmaların dayandırılması ilə bağlı qanun var. Lakin hər il bu qanuna yenidən baxılır. Eyni zamanda sahibkarlıq sahəsində yoxlamaların aparılması ilə bağlı bir qanun da qəbul olundu. Bu qanunda artıq sahibkarlıq subyektlərinin yoxlanması ilə bağlı yeni qaydalar, yeni yanaşmalar mövcuddur. Ümumiyyətlə şəffaflığın artırılması, kölgə iqtisadiyyatının aradan qaldırılması, korrupsiyaya qarşı mübarizə hallara qarşı mübarizə, yoxlanmaların dayandırılması sahibkarlara olan dövlət dəstəklərindən biridir. Bu qanuna yenidən baxılması ilə bağlı həmişə müvafiq orqan il ərzində öz təhlillərini aparır. Onun effetliyini nəzərə alaraq yoxlamaların dayandırılma müddətinin uzadılmasının vacibliyini daha məqbul hesab edilirsə, yoxlamaların dayandırılması müddəti yenidən uzadılır. Bu isə ilin sonunda təhlillər əsasında məlum olur. Buna görə də ilin sonunu gözləməliyik ki, görək təhlillər nə nəticə verəcək”, - deputat əlavə edib.
Deputat Vüqar Bayramov bildirir ki, gələn il də sahibkarlıq subyektlərinin yoxlanmasının minimumlaşdırılması, xüsusən də bölgələrdə sahibkarların fəaliyyətinə yersiz müdaxilələrin tamamilə aradan qaldırılması prioritet olaraq qalacaq.
"Artıq uzun müddətdir ki, bu qanun qüvvədədir, sahibkarlar bu imkandan faydalanırlar. Bizim əslində təklifimiz ondan ibarətdir ki, növbəti ildə də sahibkarlara bu istiqamətdə dəstək davam etdirilsin. Yoxlamalar ilə bağlı ayrıca qanun qəbul edildi, bu qanunun qəbul edilməsi də praktik olaraq yoxlamalar ilə bağlı yeni mexanizmləri, eyni zamanda sahibkarların hüquqlarının qorunması mexanizmlərinin formalaşmasına imkan yaratdı. Bütövlükdə bu istiqamətdə dəstəyin davam etdirilməsi, xüsusilə də sahibkarların fəaliyyətinə o cümlədən, regionlarda müşahidə edilən yersiz müdaxilələrin tamamilə aradan qaldırılması müxaniziminin gücləndirilməsini təklif edilib. Hələ ki, qanunun müddətinin uzadılıb-uzadılmaması ilə bağlı müzakirələr getmir və bununla bağlı hər hansı təklif də edilməyib. Konkret layihə tərtib olunmadığına görə, dəqiq fikir söyləmək çətindir. Biz bütövlükdə sahibkarlıq subyektlərinin yoxlanmasının minimumlaşdırılmasının tərəfdarıyıq. Düşünürəm ki, bu istiqamətdə siyasətin sistemləşdirilməsi və genişləndirilməsi çox vacibdir. Yeni qəbul edilən qanun çərçivəsində də sahibkarların hüquqlarının daha yaxından qorunacağı gözlənir. Gələn ildə sahibkarlıq subyektlərinin yoxlanmasının minimumlaşdırılması, xüsusən də bölgələrdə sahibkarların fəaliyyətinə yersiz müdaxilələrin tamamilə aradan qaldırılması prioritet olaraq qalacaq”, - o əlavə edib.
Bookland cafe-nin sahibi Cənab Yazar bildirir ki, yoxlamaların qanun-qaydaya uyğun aparılması yaxşı haldır, bu olmadığı halda təhlükələr artacaq.
"Sahibkarların yoxlanılma müddətinin uzadılmasının mənə heç bir xeyri və ya ziyanı yoxdur.
Sahibkarlara dəstək bizim kimi restoran, kafe sahiblərinə aid olmayıb. İstənilən sahibkar fonduna yaxınlaşdıqda sahibkar olaraq torpaq, fabrik və s sahib olanları nəzərdə tuturlar. Bu günə qədər KOBİA-ya, bütün sahibkar fondlarına yaxınlaşmışam həmişə deyiblər ki, sizə aid bir şey yoxdur. Bizləri kiçik sahibkarlara belə aid etmirlər.
Onun sözlərinə görə, yoxlamalara qoyulan qadağaların müddətinin uzadılması da yaxşı nəticə verə bilər, lakin qanun-qayda olmasa, təhlükə yaradacaq hallar da artacaq.
"Sahibkarların yoxlanmasına qoyulan qadağa müddətinin uzadılması bir yandan yaxşı nəticə verəcəksə, digər yandan qanun-qaydaların olmaması ilə təhlükəli hallar artacaq. Qadağa müddəti uzadılarsa, yetəri qədər kafe, restoran, zavod, fabriklər və s. açılacaq, amma qayda-qanun olmasa, təhlükə də artacaq. Ona görə də dövlət tərəfindən yoxlanmaların aparılmasının əleyhinə deyiləm. Yoxlanılma yaxşı bir şeydir, çünki müştərilərə nəyin necə və nə zaman veriləməsinin, sağlamlığın daha önəmli olmasının vurğusudur. Digər tərəfdən açılan zavod, fabriklərdə yoxlamalar aparılmasa, nasazlıqlar, insan həyatı üçün risk yaradan vəziyyətin aşkarlanmaması təhlükəli halların artmasına səbəb olacaq”, - cafe sahibi qeyd edib.
İqtisadçı Akif Nəsirli hesab edir ki, Azərbaycanda korrupsiya dövlət səviyyəsindən aşağı enmədikcə yoxlamalara qoyulan qadağanın müddəti uzadılmalıdır.
"Azərbaycanda istər hökumətdə, istərsə də cəmiyyətdə korrupsiya halları kifayət qədər kök salıb. Bundan istifadə edənlər yoxlamalar ilə sahibkarları bezdirirlər. Azərbaycanda korrupsiya dövlət səviyyəsindən aşağı enmədikcə yoxlamaların dayandırmasını uzatmalıyıq. Məncə, Azərbaycan hökuməti yenidən yanvar ayında qərar qəbul edəcək və yoxlamaların dayandırılma vaxtı uzadılacaq.
Dövlət Statistika Komitəsinin 2018-ci il yanvarına olan statistiksına görə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 795 minə çatıb.
Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (29,6 faiz), Aran (20,9 faiz), Gəncə-Qazax (14 faiz) və Lənkəran (10,1 faiz) iqtisadi rayonlarında qeydiyyata alınıb.
Fərdi sahibkarların 78,5 faizini kişilər, 21,5 faizi qadınlar olub. Qadınlar "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq" fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 27 faizini, "Digər sahələrdə xidmətlərin göstərilməsi" fəaliyyət sahəsində 25,8 faizini, "Ticarət; nəqliyyat vasitələrinin təmiri" fəaliyyət sahəsində isə 20,7 faizini təşkil edir.
Sahibkar qadınların 31,4 faizi Bakıda, 17,8 faizi Aran, 17,1 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib. Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Bakıda (22,8 faiz), Gəncə-Qazax (26,1 faiz) və Lənkəran (22,6 faiz) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.
Aygün Mirakif
www.anews.az
Son xəbərlər
Daha çox 