• $
  • £

"Abşeron” yatağından bu il çıxarılacaq qazın həcmi açıqlanıb

25.10.2023 15:47
Xəzərin Azərbaycan sektorunda yerləşən "Abşeron” qaz-kondensat yatağı istismara veriləndən indiyədək 453 milyon kubmetr qaz hasil edilib. Bu barədə Energetika Nazirliyinin yaydığı məlumatda bildirilib.
 
Məlumata görə, yataqdan bu il 707 milyon kubmetr qaz hasil olunacaq.

Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən "Abşeron” qaz-kondensat yatağından ilk qaz cari ilin iyulun əvvəlində hasil edilib.
 
"Abşeron" yatağl 2001-ci ildə Abşeron X-2 kəşfiyyat quyusu ilə kəşf olunub.

Yatağın işlənməsinin I mərhələsində ildə 1,5 milyard kubmetr qaz, 700 min ton kondensat hasilat əldə edilib.
 
"Abşeron" yatağından 2022-2023-cu illərdə isə illik hasilatın ən azı 4 milyard kubmetrə qədər artacağı gözlənilir.
 
Yatağın ilkin qaz ehtiyatları 1 trilyon kub metr, kondensat ehtiyatları isə 945 milyon barel və ya 150 milyon ton təşkil edir. Abşeron layihəsində pay bölgüsü aşağıdakı qaydada bölünüb. Total (operator, 40%), ARDNŞ (40%) və Engie (20%). SOCAR-ın qiymətləndirmələrinə görə, yatağın potensial ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat təşkil edir.

Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol