• $
  • £

Azərbaycanda sığorta şirkətlərinin yığımları azalıb

Azərbaycanda sığorta şirkətlərinin yığımları azalıb
25.10.2023 16:59
2023-cü ilin doqquz ayında Azərbaycandakı 20 sığorta şirkətindən 6-nın yığımları azalıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatında  bildirilib.

Hesabata görə, sığorta şirkətlərinin 14-nün yığımları illik müqayisədə artıb.
 
Bu ilin ilk yarısında 29516 sığorta müqaviləsi rəsmiləşdirilmiş və həmin müqavilələr üzrə 7 milyon 338 min 196 manat sığorta haqqı toplanıb. Ötən ilin eyni dövründə bu rəqəm müvafiq olaraq 12365 sığorta müqaviləsi üzrə 1 milyon 266 min 972 manat təşkil edib.
 
Ölkə ərazisində satılan Yaşıl Kart sığorta müqavilələrinin sayı və sığorta haqlarının müqayisəsi isə onu göstərir ki, 6 aylıq nəticələrə əsasən sığorta müqavilələrinin sayında 67%, sığorta haqlarında isə 97% artım olub
 
2016-cı ildən İcbari Sığorta Bürosu Beynəlxalq Bürolar Şurasına üzv olan milli Yaşıl Kart Bürosunun funksiyalarını həyata keçirir. Büro Yaşıl Kart sistemi üzrə əlaqələndirici, ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə, Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir.

Son 1 ildə yığımları illik müqayisədə ən çox artan şirkət "Azərsığorta" ASC-dir. Bu şirkət 9 ay ərzində 26,678 milyon manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 2,8 dəfə çoxdur. Daxilolmaları ən az artan şirkət isə "Naxçıvan Sığorta” ASC-dir. Bu şirkətin daxilolmaları 2,126 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 21,3% çoxdur.
 
Aytac


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol