• $
  • £

Azərbaycanda qadınların orta aylıq əməkhaqqı artırılacaq - Dövlət Komitəsindən təklif

Azərbaycanda qadınların orta aylıq əməkhaqqı artırılacaq - Dövlət Komitəsindən təklif
26.10.2023 23:23
Azərbaycanda kişi və qadınların orta aylıq əməkhaqqı fərqliliyinin aradan qaldırılması istiqamətində məqsədyönlü islahatlar nəzərdə tutulub. Bu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatında əksini tapıb.

Beynəlxalq Əmək Təşkilatının ekspertləri tərəfindən Azərbaycan üçün qadınlarla kişilərin orta aylıq əməkhaqqı səviyyələri arasındakı kəskin fərqliliyin aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının Əmək Məcəlləsində və bu Məcəllədən irəli gələn normativ hüquqi aktlarda müvafiq dəyişikliklər nəzərdə tutulur.
 
İqtisadçı Rəşad Həsənov bildirir ki, Azərbaycan qanunvericiliyi gender fərqinə görə əməkhaqqının fərqləndirilməsini qadağan edir.
 
"Əmək bazarının müəyyən qədər öz qayğıları var. Bu yalnız Azərbaycanda müşahidə edilmir. Hətta inkişaf etmiş ölkələrdə də ən ciddi problemlərdən biridir. İslandiyada xüsusilə əməkhaqqı mövzusunda böyük tədbirlər baş tutub. Bu əslində əmək bazarında mövcud olan şərtlərin doğurduğu situasiyadır.

Azərbaycan qanunvericiliyi gender fərqinə görə əməkhaqqını fərqləndirməyi qadağan edir. Bu vəziyyətin təmin edilməsinin mümkünlüyü daha çox dövlət sektorunda özünü göstərir. Dövlət sektorunda eyni vəzifədə qadın və kişi işləməsindən asılı olmayaraq vəzifə üçün əməkhaqqı aidiyyatı qurumlar tərəfindən müəyyən edilir. Özəl sektorda isə əməkhaqqının müəyyən edilməsi prinsipləri fərqlidir. Burada məhsuldarlığa əsaslanan əməkhaqqı yanaşmasına daha çox üstünlük verilir, eyni zamanda qərar qəbul edilməsində tələb və təklifi hər zaman öndə tutur”, - o əlavə edib.
 
Onun sözlərinə görə, qadınların bir çox sahələrdə iş tapması çətin, bir çox sahələrdə işləməsi üçün imkanlar daha genişdir.

"Buna görə də qadınların bir sıra hallarda üz tutduqları fəaliyyət sahələrində tələb konsentrasiyası müşahidə olunur. Yəni, tələb daha çox olur. Belə olan halda müəssisələr və işə götürənlər bunu avantaja çevirirlər. Müraciət çoxluğuna görə daha aşağı əməkhaqqı təklif edirlər. Xidmət sektoru xüsusilə bu istiqamətdə ön sırada dayanan sahələrdəndir. Buna uyğun olaraq yekun nəticələrdə belə fərqlər ortaya çıxır. Fərqlər bir mənalı şəkildə məhz özəl sektorda formalaşır. Bu yeni hal deyil. Statistikada bu hal hər zaman müşahidə edilən faktlardandır. Hətta müxtəlif sektorlarda qadınların nə qədər əmək haqqı alması, kişilərin nə qədər əmək haqqı alması və s. hamısı aydın formada əks olunur”, - iqtisadçı vurğulayıb.
 
Həsənov qeyd edir ki, xüsusilə əmək bazarının inkişafı, iş yerlərinin çoxalması, əməyə tələbin artması kimi faktorların lokomotivliyi fonunda da dövlətin müəyyən mənada təşviqedici və tənzimləyici tədbirləri çərçivəsində həllini tapmalı olan məsələdir.
 
"Lakin qısa müddətdə bunun həll edilməsi mümkünsüzdür. Burada əmək bazarı təbii şəraitə də uyğunlaşmalıdır. Aparılan empirik qiymətləndirmələr göstərir ki, hansı ölkələrdə təklif az, əməyə tələb çoxdursa, həmin ölkələrdə qadınlar ilə kişilər əməkhaqqı arasındakı fərq digərləri ilə müqayisədə daha azdır və ya yoxdur. Bu o deməkdir ki, bir yerdə tənzimləmə, nəzarət və s. bu kimi tədbirlər ilə, yəni icbari iltizam tədbirləri ilə deyil eyni zamanda təşviqedici, dəstəkləyici, iqtisadi mühiti inkişaf etdirən tədbirlər ilə məşğul olmaq lazımdır. Bu ədbirlərin görülməsi lazımdır ki, yekun nəticə alınsın, çünki özəl sektorda əməkhaqqının müəyyən edilməsi məsələsi sahibkar tərəfindən qəbul olunur”, - o deyib.
 
2018-ci ildə qadınların orta aylıq əməkhaqqı 360, 8 manat, kişilərdə isə 670, 2 manat, 2019-cu ildə qadınlarda 443,4 manat, kişilərdə 764, 8 manat, 2020-ci ildə qadınlarda 525, 6 manat, kişilərdə 830, 2 manat, 2021-ci ildə qadınlarda 552, 2 manat, kişilərdə 851, 7 manat olub.
 
 Aygün Mirakif



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol