• $
  • £

Azərbaycanda nağdsız ödənişlərin dövriyyəsi artıb

Azərbaycanda nağdsız ödənişlərin dövriyyəsi artıb
26.10.2023 15:37
Azərbaycanda ödəniş kartları ilə nağdsız ödənişlərin həcmi təqribən 54 faizə çatıb. Bunu Azərbaycan Fintex Assosiasiyasının (AzFina) sədri Ruslan Talıbov Fintex forumunda deyib.
 
"2023-cü ilin yanvar-avqustunda ölkəmizdə nağdsız ödənişlərin dövriyyəsi 56 milyard ABŞ dolları olub və bunun təqribən 90 faizi debet kartlarının payına düşür. Bu sahədə qanun  layihəsi noyabrın 9-da qüvvəyə minəcək və bundan sonra 6 ay ərzində bu sahədə şirkətlərin lisenziyalaşdırılması prosesi keçiriləcək",- sədr vurğulayıb.

Azərbaycanda banklar və "Azərpoçt” MMC sistemləri üzrə dövriyyədə olan ödəniş kartlarının sayı iyunun sonunda ötən aya nəzərən 299 min ədəd artaraq 15 milyon 40 min ədəd təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 18.8% artıb. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verib.
 
Məlumata görə, ödəniş kartlarında artım debet kartları üzrə 17.7%, kredit kartları üzrə 26.3% təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 107 min, kredit kartları 421 min, digər kartlar isə 1.7 milyon ədəd artıb.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol