Prezident - İndiyədək Azərbaycana 300 milyard dollardan çox investisiya qoyulub

Azərbaycana yatırılan ümumi investisiyaların həcmi 300 milyard dolları keçib. Bunu Azərbaycan Prezidenti İlham Əliyev deyib.
"Azərbaycana ümumi investisiyalar 300 milyard ABŞ dollarından çox olub və bunun təqribən 200 milyard ABŞ dolları qeyri-neft sektorunun payına düşür. Bizim neft və qazımıza hələ uzun illər ərzində beynəlxalq bazarda tələbat olacaq. Bu məqsədlə çoxsaylı neft və qaz kəmərləri sistemi istismara verilib və indi biz neft və qazı müxtəlif istiqamətlərə ixrac edirik”, - Prezident İlham Əliyev Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial hesabında yazıb ki, cari ilin doqquz ayında Azərbaycana investisiya qoyuluşu 12 milyard 728,9 milyon manat olub ki, bu da ötən ili eyni dövrü ilə müqayisədə 27,4% çoxdur.
Dövlət Statistika Komitəsinin səkkiz ayında ölkə üzrə yatırılan investisiyaların həcminin 15,4% artdığını açıqlayıb.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 46,1 %, büdcə vəsaitləri 39,3 %, əhalinin şəxsi vəsaitləri 6,5 %, bank kreditləri 2,8 %, sair vəsaitlər isə 5,3 % təşkil edib.
2023-cü ilin altı ayında Qarabağ və Şərqi Zəngəzura 1 milyard 788 milyon 932,9 min manat investisiya qoyulub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 66,2% çoxdur.
2022-ci ildə Azərbaycanda əsas kapitala kapital qoyuluşlarının artımı 5,5% təşkil edib.
Gülnar Nazimqızı

www.anews.az
Son xəbərlər
Daha çox 