• $
  • £

Ayxan Hacızadə Fransanın mədəniyyət nazirinin Ermənistanda səsləndirdiyi fikirlərə münasibət bildirib

Ayxan Hacızadə Fransanın mədəniyyət nazirinin Ermənistanda səsləndirdiyi fikirlərə münasibət bildirib
26.10.2023 23:15
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Fransanın mədəniyyət naziri Rima Əbdül Mələkin Ermənistanda səsləndirdiyi fikirlərə münasibət bildirib.

XİN-in sözçüsü bununla əlaqədar sualı cavablandırıb.

"Fransa Respublikasının mədəniyyət naziri Rima Əbdül Mələk Ermənistana səfəri zamanı Qarabağ bölgəsindəki tarixi və mədəni abidələrin təhlükə altına düşməsi ilə bağlı iddialar qaldırıb və onları qorumaq üçün müxtəlif mexanizmlərin yaradılmasına çağırış edib. Bu fikirləri necə şərh edərdiniz?” - sualına cavab olaraq A.Hacızadə bildirib ki, sözügedən səfər və Azərbaycanın Qarabağ bölgəsində mədəni irslə bağlı iddialar Fransa tərəfinin növbəti zəifliyi və qərəzinin nümunəsidir:
"Azərbaycan öz ərazilərindəki bütün mədəni və tarixi abidələrin mühafizəsinin vacibliyini və bu xüsusda, öhdəliklərini çox gözəl dərk edir. Fransanın başqa xalqlara məxsus tarixi və mədəniyyət sərvətlərini müsadirə etmiş ölkə kimi belə iddialar qaldırmağa heç bir mənəvi haqqı yoxdur. Azərbaycanın antiterror tədbirlərindən sonra mədəniyyət və tarixi abidələrin təhlükə altında olması ilə bağlı iddialar əsassızdır və bu, BMT-nin regiona reallaşdırılan iki missiyası tərəfindən də təsdiqlənib. Təəssüflər olsun ki, Fransa nə keçmiş Ermənistan-Azərbaycan münaqişəsində vasitəçi kimi, nə də UNESCO çərçivəsində nüfuzlu ölkə kimi heç vaxt Ermənistan tərəfindən istər Azərbaycan, istərsə də Ermənistan ərazilərində mövcud tarixi, mədəni və dini abidələrin tamamilə dağıdılmasından narahatlığını ifadə etməyib".

Ayxan Hacızadənin sözlərinə görə, məhz Azərbaycan 30 ilə yaxındır ki, Azərbaycanın keçmiş işğal olunmuş ərazilərində və Ermənistanda mədəni irsimizin qəsdən dağıdılması, mənimsənilməsi, dəyişdirilməsi, habelə qanunsuz başqa yerə aparılması ilə bağlı qiymətləndirmə missiyalarının reallaşdırılması çağırışları ilə beynəlxalq təşkilatlara israrla müraciət edib:
"Təəssüf ki, bu Ermənistan tərəfinin əngəlləri nəticəsində mümkün olmayıb. UNESCO-nun özü də 2005-ci il hesabatında bu faktı təsdiqləyib. Azərbaycan Respublikasının ərazisində yerləşən mədəni irs mənşəyindən, dünyəvi və ya dini mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın dəyər verdiyi və qoruduğu Azərbaycan xalqının mədəni müxtəlifliyini təcəssüm etdirir. Bir daha, Fransa tərəfini Azərbaycanın daxili işlərinə qarışmamağa və bu cür təxribat xarakterli bəyanatlara son qoymağa çağırırıq”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Siyasət 14:57
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol