• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

Ölkədə daşınmaz əmlakın dövlət qeydiyyatı artıb

Ölkədə daşınmaz əmlakın dövlət qeydiyyatı artıb
27.10.2023 12:47
2023-cü ilin doqquz ayında Azərbaycanda 373 647 daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 43,8 % çoxdur. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.

Bildirilir ki, hesabat dövründə 58 314-ü ilkin, 315 333-ü isə təkrar qeydiyyatın hesabına yaranıb.

Qeydiyyata alınmış əmlaklardan 40 205-i fərdi yaşayış və bağ evi, 72 566-sı mənzil, 252 405-i torpaq sahəsi, 2 374-ü qeyri-yaşayış binası, 5 487-si qeyri-yaşayış sahəsi, 531-i əmlak kompleksi, 79-u isə çoxmərtəbəli yaşayış binasıdır. Bu dövrdə dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 76 359-u Bakının, qalanı isə bölgələrin payına düşür.

Son 1 ildə qeydiyyata alınan ipoteka müqavilələrinin sayı isə 19,6 % artaraq 61 393 təşkil edib.
 
Cari ildə Azərbaycanda daşınmaz əmlak üzrə 39,093 ipoteka müqaviləsi imzalanıb ki, bu da ötən ilin eyni dövründən 14,6% çoxdur.
 
2023-cü ilin doqquz ayında Azərbaycanda daşınmaz əmlakın icbari sığorta yığımları 66 milyon 704 min manat təşkil edib, bu da  2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 53.8% və ya 23 milyon 343 min manat çoxdur.
 
Aytac Zeynalova


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol