• $
  • £

Qəzza və Fələstində ölənlərin sayı açıqlanıb

Qəzza və Fələstində ölənlərin sayı açıqlanıb
27.10.2023 15:40
Qəzzada ölən fələstinlilərin sayı 7326 nəfərə çatıb.Bu barədə Qəzzada Səhiyyə Nazirliyi açıqlama yayıb.
 
Fələstin Səhiyyə Nazirliyi bildirib ki, İsrailin işğal altındakı İordan çayının qərb sahilində həyata keçirdiyi hücumlarda 110 fələstinli ölüb, 1900 nəfər yaralanıb.

Ümumdünya Səhiyyə Təşkilatının Fələstin əraziləri üzrə nümayəndəsi Riçard Piperkorn Qəzzada ölənlərin sayı ilə bağlı sualı cavablandırarkən dağıntılar altında hələ də 1000-dən çox naməlum insanın olduğunu deyib.
 
Bundan əvvəl Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra Qəzza şəhərində keçirdiyi mətbuat konfransında Qəzzada ölən fələstinlilərin sayı 7028 nəfərə çatdığını deyib. Ölənərin  2913-ü uşaq, 1709-u qadın və 397-sinin qoca olduğu bildirilib.
 
Həmçinin  HƏMAS qruplaşmasının oktyabrın 7-dən etibarən həyata keçirdiyi hücumlar nəticəsində İsraildə ölənlərin sayı 1 557-ə çatıb. Ölənlərin 8-i azərbaycanəsillidir. Həyatını itirənlərin arasında 1524 nəfər uşaq və 1000 nəfər qadın var. Bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
 
Eyni zamanda Qəzzada HƏMAS-ın əlində olan əsir və girovların sayının da 203 nəfər olduğu açıqlanıb. Ölən israilli hərbçilərin sayı isə 306-ya çatıb.
 
Oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb və Əl-Əqsa Daşqını əməliyyatının başladığını elan edib.
 
Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib.

İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı "Dəmir qılınclar” adlandırıb.
 
Aygün Mirakif
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yaşar Gülər Qətərə rəsmi səfər edib
Dünya 19:42
Yaşar Gülər Qətərə rəsmi səfər edib
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
Dünya 18:39
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
Baş prokuror Çinə rəsmi səfərə gedib
Siyasət 16:05
Baş prokuror Çinə rəsmi səfərə gedib

Hörmüz boğazında gəmilərin hərəkəti tam dayanıb
Dünya 12:37
Hörmüz boğazında gəmilərin hərəkəti tam dayanıb
Tramp İran limanlarına giriş-çıxışı qadağan edəcəyini açıqlayıb
Dünya 09:56
Tramp İran limanlarına giriş-çıxışı qadağan edəcəyini açıqlayıb
İki böyük tanker Hörmüz boğazından geri döndü −“Bloomberg”
Dünya 23:00
İki böyük tanker Hörmüz boğazından geri döndü −“Bloomberg”
KİV: İran gündə on iki gəminin boğazdan keçməsinə icazə verəcək
Dünya 21:30
KİV: İran gündə on iki gəminin boğazdan keçməsinə icazə verəcək
SEPAH Trampa xəbərdarlıq edib
Dünya 19:17
SEPAH Trampa xəbərdarlıq edib
Qazaxıstanda yaşayış binasında yanğın nəticəsində üç uşaq ölüb
Dünya 19:00
Qazaxıstanda yaşayış binasında yanğın nəticəsində üç uşaq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol