• $
  • £

XİN-də Azərbaycan-İraq əməkdaşlığı müzakirə olunub

XİN-də Azərbaycan-İraq əməkdaşlığı müzakirə olunub
27.10.2023 19:17
Oktyabrın 27-də xarici işlər naziri Ceyhun Bayramov İraq Respublikası Nümayəndələr Şurasının (Parlament) üzvü Elşad Salihinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüş zamanı Azərbaycan-İraq münasibətlərində son zamanlar artan dinamizm, bu xüsusda, cari ilin mart və iyul aylarında müvafiq olaraq, İraq Prezidenti və xarici işlər nazirinin Azərbaycana səfərləri və bu səfərlər çərçivəsində baş tutan ali və yüksək səviyyəli görüşlər məmnunluqla xatırlanıb.

Azərbaycan ilə İraq arasında mövcud siyasi dialoqun, iqtisadi-ticarət əlaqələrinin, parlamentlərarası və regionlararası əməkdaşlığın və mədəni mübadilələrin davamlı şəkildə sürdürülməsinin önəmindən bəhs olunub.

Hər iki ölkədəki mövcud diplomatik təmsilçiliklərdən əlavə, mədəniyyət mərkəzləri vasitəsilə humanitar mübadilələrin təşviqinin xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına töhfə verə biləcəyi qeyd olunub.

Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Siyasət 14:57
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol