• $
  • £

Azərbaycanda çörək ucuzlaşıb

Azərbaycanda çörək ucuzlaşıb
28.10.2023 14:12

Azərbaycanda pərakəndə ticarət şəbəkələrində çörəyin qiymətində enmə müşahidə edilib.

Oktyabr ayının 26-dan etibarən bir sıra ticarət şəbəkələrində 650 qramlıq dairəvi (zavod) çörəyin qiyməti 60 qəpikdən 55 qəpiyə düşüb.
 
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən verilən məlumata görə, qiymət enməsi müxtəlif mağazalar şəbəkələrində müşahidə olunur.

Bu, il ərzində çörəyin qiymətində artıq 3-cü enmədir. Belə ki, cari ilin mart ayında sözügedən çörəyin qiyməti 70 qəpikdən 65 qəpiyə, iyun ayında isə 65 qəpikdən 60 qəpiyə enmişdir. Beləliklə 650 qramlıq dairəvi (zavod) çörəyinin qiymətində il ərzində ümumilikdə 21.4% enmə olub.

Qiymət endiriminə dair cari vəziyyət belədir:
Müvafiq qiymət endirimi ən çox istehlak olunan 650 qramlıq dairəvi (ənənəvi) çörəyi əhatə etsə də, qiymət endiriminin nəticəsi olaraq növbəti mərhələdə digər çəkidə (aşağı çəkidə) olan dairəvi (ənənəvi) çörəklərin də qiymətlərinin düşəcəyi proqnozlaşdırılır.

Son bir neçə ayda dünya bazarlarında, xüsusilə də Azərbaycan üçün əsas idxal bazarları olan Rusiya və Qazaxıstanda ərzaqlıq buğdanın qiyməti ucuzlaşıb. Belə ki, cari ilin oktyabr ayında ərzaqlıq buğdanın orta aylıq idxal dəyəri 230.9 ABŞ dolları təşkil etmişdir ki, bu 2022-ci ilin oktyabr ayı (320.4 ABŞ dolları) ilə müqayisədə təqribən 28% aşağıdır. Eyni zamanda beynəlxalq proqnozlarda bu il buğda istehsalının artacağı vurğulanır.

Çörəyin qiymətinin enməsinə səbəb kimi unun topdansatış qiymətlərinin aşağı düşməsi göstərilə bilər. Respublikada aparılan antiinflyasiya tədbirləri çərçivəsində monitorinqi həyata keçirən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi internet saytına (https://competition.gov.az/az/page/melumat-merkezi/information/un-istehsalcilarinin-topdansatis-menteqeleri-satis-qiymetleri-ve-is-vaxti-barede-melumat) istinadən 26 oktyabr 2023-cü il tarixə olan məlumata əsasən, 50 kq-lıq qablaşdırmada un kisəsinin topdansatış qiyməti 26.40 manat - 28.50 manat aralığındadır.

2022-ci ilin oktyabr ayında unun topdansatış qiyməti 40 manat – 40.15 manat aralığında təşkil edirdi.
Məlumat üçün bildiririk ki, Azərbaycanda ərzaqlıq buğdanın, unun və çörəyin qiyməti tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında və ərzaqlıq buğdanın dünya bazarındakı (o cümlədən əsas idxal bazarlarındakı) qiymətlərinə uyğun olaraq formalaşır. Tələb-təklif prinsipinə uyğun olaraq daxili bazarda unun topdansatış qiymətinin aşağı düşməsi öz növbəsində çörəyin qiymətinə də birbaşa təsir edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:58
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Cəmiyyət 19:55
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Cəmiyyət 19:48
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Cəmiyyət 18:26
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Cəmiyyət 17:23
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Bakının Süleyman Vəzirov küçəsində hərəkəti qismən məhdudlaşdırılacaq
Cəmiyyət 17:01
Bakının Süleyman Vəzirov küçəsində hərəkəti qismən məhdudlaşdırılacaq
700-ə yaxın şəxs üçün kiçik təsərrüfatlar quruldu
Cəmiyyət 16:46
700-ə yaxın şəxs üçün kiçik təsərrüfatlar quruldu
Bəzi yerlərdə yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:30
Bəzi yerlərdə yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ
Azercell-in “Oflayn qadınlar” layihəsi beynəlxalq mükafata layiq görülüb
Cəmiyyət 15:55
Azercell-in “Oflayn qadınlar” layihəsi beynəlxalq mükafata layiq görülüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol