• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

Komandanızın motivasiyasını yüksək tutmağın yolları

Komandanızın motivasiyasını yüksək tutmağın yolları
27.10.2023 23:53

İnsanlar müxtəlifdir və hər bir işçinin motivasiya mənbələri fərqlidir. İşçi tiplərinə uyğun motivasiya mənbələrinin tapılması və bu qaynaqların davamlı olması menecerlərin ən mühüm vəzifələrindəndir. 

Motivasiyanın təmin edilməsi və onun davamlı olması menecerin işin özünə və komanda üzvlərinə qarşı daşıdığı ən mühüm vəzifələrdəndir. İşçilərin həm maddi, həm mənəvi tələbatını ödədikdə istənilən hədəfə çatmaq mümkündür. Məhz buna görə də başqalarını nəyin motivasiya etdiyini başa düşmək iş proseslərinin daha sürətli və daha yaxşı nəticələri üçün çox vacibdir.

Hər bir insanı müxtəlif nələrsə motivasiya edir. Buna görə də menecerlər hər bir işçini nəyin motivasiya etdiyindən xəbərdar olmalıdırlar. Bir ayaqqabı hər kəsə uyğun olmadığı kimi, motivasiya yaratmaq üçün heç bir üsul bütün komanda üçün uyğun deyil. Təəssüf ki, hər kəsə uyğun olmağı gözlədiyimiz üsulların uğursuz olmaqdan başqa çarəsi yoxdur.

Bir çox menecer vakansiyalardan başlayaraq motivasiya mənbəyi kimi maaş, tərif və işdə yüksəliş kimi vasitələrdən istifadə etməyə meyllidir. Ancaq bunlar ən vacib motivasiya tətikləyiciləri arasında deyil. Yüksək motivasiya ilə bağlı bir çox nəzəriyyələr olsa da, əksər tədqiqatçılar və sənaye ekspertləri bu 5 məqamda həmfikirdirlər:

  • Biznes məqsədləri
  • Dəyərli bir şeyə nail olmaq
  • Yeni şeylər öyrənmək
  • Özünü təkmilləşdirmə
  • Müstəqillik

Real hədəflər qoyun

Əksər insanlar ağlabatan məqsədlərlə işləmək istəyirlər. Çünki onlar özlərini bu məqsədlərlə ölçürlər. Bununla belə, məqsəd qoyarkən realist olmaq lazımdır. Məqsədlər əldə edilə bilən olmalıdır. Qeyri-real məqsədlər qoysanız, komandanız heç vaxt istədiyiniz nəticəyə çatmayacaq və demotivasiya olacaq.

Mühakimə etməyi dayandırın

Bir menecer olaraq komanda üzvlərinə qarşı sərt mühakimə yürütmək motivasiyanı azaldır. Komanda üzvlərinizlə həmişə razılaşmaya bilərsiniz. Bundan əlavə, öz motivasiya mənbələriniz həmkarlarınızınkindən çox fərqli ola bilər. Lakin bu o demək deyil ki, həmin resurslar problemlidir. Siz onların seçimlərinə hörmət etməli və seçdikləri vasitələrdən istifadə edərək motivasiyalı olmağa çalışmalısınız.

Perspektiv təmin edin

Həmkarlarınıza məsələlərə necə baxdığınızı anlamağa kömək etmək və öz həll yollarını öyrənməyə çalışmaq yaxşı fikir ola bilər. Həmkarlarınız sizin iş tərzinizi başa düşməlidirlər. Əgər onlar sizin iş tərzinizi bilirlərsə, yanlış ünsiyyət və ya anlaşılmazlıq ehtimalı minimuma enəcək. Buna nail olmaq üçün siz həmişə açıq fikirli olmalı və komanda üzvlərinizi mümkün qədər aktiv şəkildə iş proseslərinə cəlb etməlisiniz.

Bu məsləhətlərə əlavə olaraq, həmkarlarınızla onları nəyin motivasiya etdiyini başa düşmək üçün onlarla vaxt keçirin. Bu baş verdikdə, məqsədləriniz və motivasiya mənbələriniz uyğunlaşacaq və daha yaxşı nəticələr əldə edə biləcəksiniz.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol