ABŞ-də Hellouin şənliklərində 10-a yaxın adam həlak olub
ABŞ-də Hellouin şənliklərində silsilə atışma baş verib.
Bu barədə NBC telekanalı məlumat yayıb.
Müxtəlif şatatlarda baş verən insidentlər zamanı 10-a yaxın şəxs ölüb.
Hadisələr ən çox Florida və İndiana ştatlarında cərəyan edib.
Yüzlərlə insanın iştirak etdiyi bayram şənliklərində 60-dan çox insan isə yaralanıb.
Builki Hellouin iş gününə təsadüf etdiyindən bir çox şəhərlərdə şənliklər oktyabrın 28-dən 29-na keçən gecə baş tutub.
Ölənlərin yaş kataeqoriyası 16 ilə 22 arasında dəyişir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox