• $
  • £

Paşinyan Azərbaycanla razılaşdırılan 3 prinsipi açıqlayıb

Paşinyan Azərbaycanla razılaşdırılan 3 prinsipi açıqlayıb
30.10.2023 12:15
Ermənistan Azərbaycanda sülh sənədinin 3 əsas prinsipi üzrə razılıq əldə edib. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. 
 
"Əgər tərəflər sadiq qalarsa yaxın zamanlarda sülh müqaivələsinin realllışdırılması mümkün ola bilər.  Birinci prinsip Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanımasıdır. İkincisi Alma-Ata Bəyannaməsi, dövlət sərhədinin delimitasiyası və gələcək demarkasiyası üçün siyasi əsas olmalıdır və üçüncüsü komnukasiyaların açılmasıdır", - baş nazir oktyabrın 30 -da Ermənistan Parlamentində ölkənin büdcə müzakirələri zamanı çıxışında bildirib. 
 
Baş nazir qeyd edib ki, Ermənistanın əsas planlarına Azərbaycanla sülh müqaviləsi imzalamaq, Türkiyə ilə münasibətləri tənzimləmək daxildir.
 
Oktyabrın 26-da Nikol Paşinyan mətbuata açıqlamasında vurğuayıb ki, yaxın aylarda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalana bilər.
 
Oktyabrın 25-də Avropa İttifaqının rəsmisi ayın sonunda Brüsseldə Azərbaycanla Ermənistanın liderlərinin keçiriləcəyi görüşün təxirə düşdüyünü açıqlayıb. 
 
Oktyabrın 10-da Prezident İlham Əliyev Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlaması üçün tarixi şərait yaranıb. 
 
Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməsi üçün razılığı olduğunu qeyd edib. 
 
Bundan əvvəl Rusiya prezidenti Putin də açıqlamasında bildirib ki, Moskva iki ölkənin sülh müqaviləsinin imzalanması üçün dəsətək göstərməyə hazırdır. 
 
Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında üçtərəfli bəyanata əsasən dayandırılıb. Bundan sonra Azərbaycan və Ermənistanın rəhbər şəxsləri sülh imzalanması istiqamətində bir neçə görüşlər həyata keçirib. 
 
Azərbaycan tərəfi sonuncu dəfə sülh sənədini Ermənistana göndərib. Ermənistan tərəfi həmin sənəd üzərində işlədiyini vurğulayıb. 
 
Sentyabrın 28-də Qarabağın separatçı rəhbəri Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dən qondarma rejimin ləğv olunması ilə bağlı qərar qəbul edib. 
 
Gülnar Nazimqızı 
 




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Siyasət 14:57
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol