• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

ABB-nin dəstəyi ilə Təhsilin İnkişafı Forumu keçiriləcək

ABB-nin dəstəyi ilə Təhsilin İnkişafı Forumu keçiriləcək
30.10.2023 16:08
Noyabrın 1-də ABB-nin maliyyə tərəfdaşlığı, Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə Təhsilin İnkişafı Forumu keçiriləcək. "Gülüstan” sarayında təşkil ediləcək Forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. 

Tədbirdə "İnnovasiya ekosisteminin yaradılması”, "Universitet – sənaye tərəfdaşlığı”, "Gələcək üçün təhsil” mövzuları müzakirəyə çıxarılacaq. Panellərdə təhsil və iqtisadiyyatın inteqrasiyası, təhsil və əmək bazarı, sənaye ilə tərəfdaşlıq strategiyası məsələlərinə diqqət yönələcək. Eləcə də sənayenin təhsildən gözləntiləri, əlavə dəyərin yaradılması, ekosistemin inkişafında bankların rolu, tədqiqat və inkişaf ekosistemi, ömürboyu təhsil, əmək bazarının dəyişən tələbləri, süni intellekt və təhsil mövzularında polemikalar aparılacaq. 

Forumun məqsədi işgüzar əlaqələrin qurulması, birgə layihələrin planlaşdırılması, innovasiya ekosisteminin yaradılması, həmçinin dövlət – özəl tərəfdaşlığıdır. 
Tədbirdə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov da ekosistemin inkişafında bankların rolu mövzusunda çıxış edərək iştirakçıların suallarını cavablandıracaq.  
Təhsilin İnkişafı Forumuna ABB-dən başqa "NEQSOL Holding”, BP, "SOCAR”, Sumqayıt Texnologiyalar Parkı, "Azersun Holding” və "BestComp Group” da tərəfdaşlıq dəstəyi verir. Forum haqqında ətraflı məlumatı buradan əldə etmək mümkündür.

Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook” səhifəsindən əldə etmək olar.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol