• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

2024-cü ildə subsidiyaların həcmi azalacaq

2024-cü ildə subsidiyaların həcmi azalacaq
30.10.2023 17:08
2024-cü ildə dövlət büdcəsindən subsidiyalar üzrə 48 istiqamətdə 1045,5 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılıb ki, bu da 2023-cü ilin yenidən baxılmış göstəricisi ilə müqayisədə 636,3 milyon manat (37,8%) azdır. Bu barədə Hesablama Palatasının 2024-ci ilin dövlət büdcəsinin layihəsinə verdiyi rəydə bildirilib.

2023-cü illə müqayisədə növbəti ildə həm dövlət, həm qeyri-dövlət, həm də hüquqi şəxslərə digər subsidiyalar üzrə azalma proqozlaşdırılıb, mütləq və nisbi ifadədə ən böyük azalma dövlət müəssisələrinə subsidiyalar üzrə nəzərdə tutulub. Dövlət müəssisələrinə subsidiyaların əhəmiyyətli azalması nəticəsində bu istiqamətdə xərclərin cəmi subsidiyalarda payının azalaraq 41,2% təşkil edəcəyi, hüquqi şəxslərə digər subsidiyaların isə ən yüksək xüsusi çəkiyə sahib olacağı proqnozlaşdırılıb.
 
2019-cu ildə bitkiçilik sahəsinin subsidiyalaşdırılmasına 178 milyon manat ayrılmışdısa, 2020-ci ildə bu rəqəm 233 milyon manata, 2021-ci ildə isə 259 milyon manata yüksəlib. Subsidiya üçün ayrılan vəsait iki il içində 45 faiz artsa da, subsidiyalaşdırılan sahələrin həcmi cəmi 7 faiz artıb. Bu barədə Azadlıq radiosunun materialında bildirilib.
 
Aqrar Subsidiya Şurası prezidentin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq, 2023-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul edib.

Qərara əsasən, baza məbləği 200 manat olmaqla 2023-cü ildə əkin əmsalları və əkin subsidiyasının məbləği kənd təsərrüfatı bitkiləri üçün verilir.

 
Aytac Zeynalova
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol