Bu il Azərbaycanda 7,5 milyon tondan çox neft və 12 milyard kubmetr qaz hasil edilib
2023-cü ilin üçüncü rübündə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 15 min metrdən çox qazma işləri həyata keçirilib. Hesabat dövründə şirkət tərəfindən 2 milyon tona yaxın neft, 2 milyard kubmetrə yaxın qaz hasil olunub və neft hasilatında cüzi artım qeydə alınıb. Ölkə üzrə ümumilikdə 7,5 milyon tondan çox neft və 12 milyard kubmetr qaz hasil edilib. Qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,4% artıb.
Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) xəbər verilir.
Hesabat dövründə SOCAR tərəfindən dünya bazarlarına 4,4 milyon tondan çox xam neft, Gürcüstan bazarına isə təqribən 71 milyon kubmetr təbii qaz ixrac olunub. Qeyd edək ki, SOCAR öz imkanları ilə hasil etdiyi neftdən əlavə olaraq beynəlxalq konsorsiumlar çərçivəsində SOCAR və Azərbaycanın payına düşən neft həcmlərini ixrac edir. Ümumilikdə cari dövrdə ölkə üzrə 5,8 milyard kubmetrdən çox qaz ixrac edilib. Qaz ixracında ötən ilin analoji dövrü ilə müqayisədə 12,9% artım qeydə alınıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər