Avropa universitetlərində Azərbaycana aid kitablar azdır-Tənzilə Rüstəmxanlı

Avropa universitetlərində Azərbaycana aid 3-5 kitab, Ermənistana aid isə 50 kitab görmək olar. Bunu Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib.
"Qərbi Azərbaycana qayıdışla bağlı önəmli məsələləri beynəlxalq müzakirələrə çıxarmaq çox vacibdir. "Zəngəzur Toponimləri” kitabını dünyanın müxtəlif dillərinə çap etməklə kitabxanalara verilməsini doğru olar. Avropada dəfələrlə olmuşam. Orada kitabxanalarda Ermənistan bölməsində 50, Azərbaycana aid hissədə isə 3 maksimum 5 kitab görmüşəm. Hesab edirəm ki, bu istiqamətdə ciddi addımlar atılmalıdır. Biz bu yaxınlarda İspaniyada Qərbi Azərbaycana qayıdışla bağlı ciddi bir tədbir keçirtdik. Orada olan insanlara reallıqları çatdırmağa çalışdıq. Bu istiqamətdə işlərimizi beynəlxalq səviyyədə davam etdirməliyik”, - Tənzilə Rüstəmxanlı oktyabrın 31-də Milli Məclisdə «Qərbi Azərbaycan toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək» mövzusunda ictimai dinləmədə çıxışı zamanı deyib.
www.anews.az

Hazırda Milli Məclisdə "Qərbi Azərbaycan toponimləri” ilə bağlı ictimai dinləmə keçirilir. Dinləmədə Milli Məclisin deputatları, Qərbi Azərbaycandan olan ictimai nümayəndələr və siyasətçilər iştirak edir.
Gülnar Nazimqızı
www.anews.az
Son xəbərlər
Daha çox 